Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
"Level Leasing" və "Hermes Finance" şirkətləri Nuranə Mehrəliyeva-Rzayevanın və Kamran Quliyevin nəzarətinə keçib."Level Leasing"ASC əhəmiyyətli payın əldə edilməsi və özgəninkiləşdirilməsinə dair məlumatlar açıqlayıb.
Marja.az məlumatlara istinadən xəbər verir ki, 15 oktyabr 2025-ci il tarixindən etibarən, həmçinin, "Level Leasing"ASC-nin 1 milyon 50 min manat nizamnamə kapitalının 27,90%-i Quliyeva Zərifə Aydın qızına, 27,90%-i Mehrəliyeva-Rzayeva Nuranə Ramiz qızına və 6,19%-i Bədirova Lalə Əli qızına məxsusdur.
Qeyd edək ki, bundan əvvəlki təkibdə, "Level Leasing" ASC-nin səhmdarları Qarayeva Mənzər İsrail qızı (52%), “Hermes Finance" ASC (38%) və Məmmədova Rəqsanə Abdulla qızı (10%) idi.
Beləliklə, Qarayeva Mənzər İsrail qızı (52%) və Məmmədova Rəqsanə Abdulla qızı (10%) öz paylarını satıblar.
Əlavə edək ki, "Hermes Finance" ASC-nin səhmdarları Mehrəliyeva-Rzayeva Nuranə Ramiz qızı (45%), Quliyev Kamran Vaqif oğlu (45%) və Mirzəyev Həmid Mövsüm oğludur (10%). "Caspian Auto İmport" ASC-nin 66,67%-i Hermes Finance" ASC-yə məxsusdur.
Beləliklə, artıq "Hermes Finance" ASC və "Level Leasing" ASC Mehrəliyeva-Rzayeva Nuranə Ramiz qızının və Quliyev Kamran Vaqif oğlunun nəzarətindədir.
"Level Leasing" ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 263 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ili 387 min manat xalis mənfəət ilə bağlamışdı. Cari ilin ilk 6 ayı ərzində Şirkətin faiz gəlirləri 1 milyon 197 min manat, digər gəlirləri 54 min manat təşkil edib. 2024-cü ildə "Level Leasing"in faiz gəlirləri 2 milyon 690 min manat təşkil etmişdi.
30 iyun 2025-ci il tarixində şirkətin portfeli 9 milyon 844 min manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 21 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















