Güzəştli MİDA ipoteka krediti
(®) Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, ümumi sosial rifahının yüksəldilməsi məqsədilə dövlətimiz tərəfindən bir çox sosial layihələr üzrə təkliflər paketi mövcuddur ki, hər bir ölkə vətəndaşı bu tipli layihələrdən yararlanaraq arzularına yaxın olur.
Belə bir sosial layihələrdən biri də Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin ( MİDA) sərəncamında olan güzəştli mənzillərin Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə təklif olunan Güzəştli MİDA ipoteka krediti təklifidir.
Kredit illik 4% olmaqla, maksimum 360 ay müddətə, MİDA layihələri üzrə satışa çıxan güzəştli mənzillərin əldə olunması üçün təklif olunur.
Sosial layihə çərçivəsində verilən bu kreditlər, MİDA-nın həyata keçirdiyi, bazara nisbətən daha əlçatan qiymətə olan mənzilləri uyğun kateqoriyaya aid vətəndaşların daha sərfəli faizlə əldə etməsinə imkan yaradır.
Güzəştli MİDA ipoteka krediti alıcıya iki mühüm üstünlük təqdim edir:
- Güzəştli qiymət – Dövlət tərəfindən müəyyən olunmuş, bazar qiymətindən daha aşağı satış qiyməti;
- Aşağı faizli ipoteka – 4% illik faiz dərəcəsi ilə uzunmüddətli ödəmə imkanı.
Güzəşt kateqoriyasına malik olan vətəndaşlar Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi üçün “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada müraciət etməlidirlər.
Müraciətlər aşağıdakı ardıcıllıqla baş verir:
1. Müraciət ilkin qeydiyyatla başlayır. Bu zaman şəxsin güzəştlə mənzil əldə etmək hüququ araşdırılıb təsdiq olunur, elektron kabinet yaradılır. Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyası Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016 –ci il tarixli 1113 nömrəli Fərmanına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə müəyyən edilir.
2. Növbəti mərhələ agent bankdan kredit üçün ilkin razılıq mərhələsidir.Vətəndaş MİDA ilə əməkdaşlıq edən agent banka yaxınlaşır, bank tərəfindən ilkin təhlillər aparılır və müvafiq kredit məbləği üçün razılıq əldə olunur.
3. MİDA tərəfindən hazır olan layihələr üzrə əvvəlcədən satışlar elan edilir, satış günü hər bir vətəndaş öz elektron imzası ilə şəxsi kabineti üzərindən elektron satış üzrə seçimdə iştirak edir. Mənzil seçimi əldə etmiş vətəndaşlara MİDA tərəfindən bildiriş daxil olur.
4. Vətəndaş ilkin razılıq aldığı agent banklara müvafiq sənədlər təqdim etməklə mənzilin alqı-satqısı üzrə kreditin rəsmiləşdirilməsi mərhələsinə keçid edirlər.
Bank “BTB” ASC olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi ilə müvəkkil bank kimi uzun müddətdir birgə əməkdaşlıq edirik, layihə çərçivəsində güzəştli MİDA kreditləri üzrə ölkə vətəndaşlarına yüksək xidmət göstəririk. Əməkdaşlığımız dövründə güzəştli MİDA kreditləri üzrə 1600 nəfərdən artıq ölkə vətəndaşına 67.5 mln manat həcmində portfelə xidmət göstərilib. Hazırda, bankımız tərəfindən MİDA layihəsi üzrə 1300 vətəndaşa 51 mln., manat portfel həcmində, ümumi olaraq 3800 nəfər ölkə vətəndaşına 165 mln., manat portfel həcmində ipoteka məhsulları üzrə xidmət göstərilir.
Peşəkar və təcrübəli komandaya malik Bank “BTB” ASC tərəfindən ölkə vətəndaşlarına ipoteka layihələri üzrə Bank BTB-nin peşəkar komandası, müraciət edən hər bir vətəndaşa prosesin bütün mərhələlərində – ilkin məsləhətdən son sənədləşməyə qədər – dəstək olur. Bankın mütəxəssisləri, həmçinin, keyfiyyətli və çevik xidmət göstərərək, kreditlər üzrə müvafiq konsultasiyaların verilməsinə və tələb olunan sənədlər, ödəniş planı barədə ətraflı məlumatlarla müştərilərinə dəstək göstərir.
Qeyd: Bu məhsul üzrə layihəyə ölkə başçısının 11 aprel 2016-cı il tarixli 850 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması ilə start verilmişdir. Məqsəd vətəndaşların mənzil şəraitinin, ümumi sosial rifahının artırılması, güzəştli mənzillərin əldə olunması üçün alternativ imkanların yaradılmasıdır. Bu kreditlər üzrə əldə olunmuş mənzilə dair vətəndaşın onu satmaq hüququ 3 (üç) ildən sonra yaranır.
Qeyd: Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də (012) 946 nömrəli məlumat mərkəzinə və www.btb.az rəsmi saytına müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
13 d. əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
- 16 d. əvvəl
-
22 d. əvvəl
Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir
-
27 d. əvvəl
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
-
58 d. əvvəl
“PAŞA Kapital”ın gəlirləri 18% artıb, xalis mənfəəti 2,5 milyon manatı keçib
-
1 saat əvvəl
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Ən çox oxunanlar
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
İyunun 4-də gözlənilən hava proqnozu açıqlanıb
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq


















.jpg)






