Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq
Rəqabətin kölgəsində Tesladan qiymət inqilabı: Ucuz "Model Y" bu gün təqdim olunurElektromobil nəhəngi Tesla, qlobal rəqabətin artması və satışların azalmasına cavab olaraq, ən çox satılan SUV modeli "Model Y"nin daha münasib qiymətə olan versiyasını təqdim etməyə hazırlaşır. Yeni modelin təqdimatı 7 oktyabr, çərşənbə axşamı günü keçiriləcək.
Sosial mediada sirli anons
Marja xəbər verir ki, Tesla həftəsonu sosial media platforması X üzərindən iki qısa video yayımlayıb. Birinci videoda qaranlıqdan görünən farlar, ikincidə isə bir neçə saniyəlik fırlanan təkər təsvir edilib. Hər iki videonun sonunda sadəcə “10/7” tarixi yer alıb.
Şirkət və ya Tesla-ya yaxın mənbələr bu dəfə fiziki təqdimat tədbiri barədə heç bir açıqlama verməyib. Buna baxmayaraq, analitiklər və Tesla azarkeşləri bu gün önəmli bir açıqlamanın veriləcəyini gözləyirlər.
Musk: “Hər kəsin ala biləcəyi Tesla”
Tesla CEO-su Elon Musk (İlon Mask) illərdir geniş kütlələrin ala biləcəyi ucuz elektrikli avtomobil istehsalına söz verir. Ötən il 25 min dollarlıq yeni model planı ləğv edilsə də, bu həftə təqdim ediləcək avtomobilin tamamilə yeni deyil, mövcud Model Y platforması üzərində qurulmuş daha sərfəli versiya olacağı bildirilir.
Musk daha əvvəl avtomobilin ABŞ-da vergi güzəştləri daxil 30 min dollardan ucuz olacağını demişdi. Lakin 7 500 dollarlıq vergi təşviqinin sona çatması qiymətləri faktiki olaraq artırıb. Bu da ilin ilk yarısında rekord satışa səbəb olsa da, ikinci yarıda yavaşlama gözləntilərini artırıb.
“Almaq istəyən çoxdur, sadəcə insanların bank hesablarında kifayət qədər pul yoxdur. Qiyməti nə qədər endirsək, bir o qədər yaxşıdır,” – Musk iyul ayında bildirib.
Gecikən istehsal, ilin sonuna təxirə düşən təqdimat
Musk daha əvvəl istehsalın iyun ayına qədər başlamasını vəd etsə də, Tesla iyulda yalnız ilk prototiplərin tamamlandığını açıqlayıb. Şirkət, yeni Model Y versiyasının ilin son rübündə satışa çıxarılacağını bildirmişdi.
Çin və Avropada rəqabət güclənib
Tesla son dövrlərdə xüsusən Çin və Avropada artan rəqabət fonunda satış azalması ilə üzləşib. Musk-ın siyasi çıxışları və sağ yönümlü bəyanatları isə Avropada marka sadiqliyinə mənfi təsir göstərib.
İlin əvvəlində Tesla yenilənmiş Model Y versiyasını təqdim edərək daxili paneldə sensor ekran, yeni işıqlandırma barları və xırda dizayn dəyişiklikləri ilə çıxış etmişdi.
“Ucuz Tesla” — 20 milyonluq hədəfin açarı
Tesla-nın növbəti 10 ildə 20 milyon avtomobil istehsalı planında ucuz modellər əsas rol oynayır. Bu hədəf həm də şirkətin İdarə Heyətinin Musk-a təqdim etdiyi 1 trilyon dollarlıq bonus paketinin əsas göstəricilərindən biridir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
11 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
12 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
12 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























