Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik
Dəqiq məlumat olmasa da dünyada müxtəlif dillərdə liderlik barədə indiyədək nəşr olunan kitabların sayının 100 mindən çox olduğu təxmin edilir. Eyni zamanda müxtəlif sosial şəbəkə platformalarında zəngin məlumat toplusunun olduğunu demək mümkündür. Bütün bu mənbələrdə liderlik ilə əlaqədar fərqli məqamlara, fərqli tərəflərə toxunulur. Amma fikrimcə bir əhəmiyyətli, konseptual məqam var ki, diqqətdən kənardan qalır.
Etimoloji olaraq liderlik sözü irəli aparmaq, rəhbərlik etmək, bələdçilik etmək və s. mənalarını verir. Yuxarıda qeyd edilən təməl, konseptual məqam ilə əlaqədar suallar tam da burada meydana çıxır. Fərqli suallarla da olsa eyni məqamı belə ifadə edə bilərik: Lider özünün legitim gücünü nədən alır? Liderdəki səlahiyyət gücü nəyə söykənir? Hər hansısa qurumun, təşkilatın əməkdaşları liderdə nəyi tapırlar ki, onu izləyirlər? Və ya nəyi tapa bilmirlər ki, onun ardınca getmirlər?
Belə təməl, konseptual məqama yaxın tarixdə ilk dəfə toxunan Max Weber [1] olmuşdur. Max Weberə görə liderin səlahiyyət gücünün 3 təməli ola bilər; birincisi, rasio, yəni ən sadə mənada ağıl və onun effektiv sistem qura bilmə qabiliyyəti, ikincisi, ənənə, yəni inersiya - belə gəlib, belə də davam edir, üçüncüsü, xarizma, yəni rəhbər şəxsin üstün xüsusiyyəti, məsələn, qəhrəmanlıq, cəsarət və s. Bunu nəzərə alaraq da Max Weber 3 fundamental liderlik tipini bir-birindən fərqləndirir: rasional liderlik, ənənəvi liderlik və xarizmatik liderlik. Fikrimcə belə bir bölgü yuxarıda qeyd edilən təməl suallara cavab verir, elə isə, liderlik tiplərinin qısa izahına keçək.
• Rasional liderlikdə legitim zəmin idarəetmənin yazılı qaydalara, sınaqdan çıxmış normalara və rasional mühakimələrə əsaslanmasıdır. Belə olan halda təşkilatın institusional ağılı böyüyür və qərarlar yüksək kollegial iştirakla qəbul edilir. Yüksək kollegiallıq qətiyyən rəhbərin zəruriliyini inkar etmir, əhəmiyyətini sıxışdırmır, sadəcə təşkilatın insan kapitalı potensialının həmişə qərarvermədə maksimal töhfəsini təmin edir. Nəticədə təşkilat daxili sağlam, səmərəli ierarxiya bərqərar olur və konkret şəxsə yox, əsasən rasional təmələ bağlı (Max Weberin ifadəsi ilə “impersonal order”) daxili nizam qurulur.
• Ənənəvi liderlikdə legitim əsas ənənələrə, başqa ifadə ilə indiyədək qurulmuş sistemə söykənir və onların “toxunulmazlığı” qəbul edilir. Bu halda liderin vəzifəsindən aldığı səlahiyyət gücü sistemdə bərqərar olur və nəticədə təşkilat daxili nizam şəxsə bağlı formalaşır (“personal order”). Rasional liderlikdən fərqli olaraq legitim əsasın rasional mühakimələrə söykənməməsi institusional ağılın inkişaf edə bilməməsi ilə nəticələnir. Ona görə də burada fərdə loyallıq yüksək qiymətləndirilir və meritokratiya sistemdə bərqarar ola bilmir. Sonda təşkilatın özünü transformasiya etmə potensialı məhdudlaşır və beləliklə də inersiyanın hökm sürməsi qaçılmaz olur.
• Xarizmatik liderlikdə legitim əsas liderin qəhrəmanlığı, insan üstü qabiliyyətlərə sahib olması hesab edilir. Bu halda təşkilatın daxili nizamı birbaşa xarizmatik şəxsə (“personal order” - ənənəvi liderlikdə olduğu kimi) və onun tərəfindən verilmiş əmr, sərəncamlara bağlı olur. Xarizmatik liderlikdə liderə mütləq inam olduqca xarakterikdir. Bu inam özü ilə bərabər düşüncəni, alternativ fikri, rasional mühakiməni sistemdən sıxışdırıb çıxarır, çünki hamı həlli və ya qərarverməni əsasən bir nəfərdən, xarizmatik liderdən gözləyir. Ənənəvi liderlikdən fərqli olaraq xarizmatik liderlikdə meritokratiya sistemdə dayaq tapa bilir, sadəcə meritokratiya xarizmanın fonunda kölgədə qaldığına görə bu liderlik tipi üçün “succession” problemi hər zaman aktual olur.
Liderlik tiplərinin qısa izahından sonra qeyd etmək lazımdır ki, real həyatda hər hansısa bir lider nümunəsi təhlil edilərkən bu 3 lider tipindən birinin tam təzahürünə rast gəlinməyə bilər. Ola bilər ki, lider hansısa bir dövrdə bir tip xarakteristikanı, digər bir dövrdə isə başqa bir tipi əks etdirmiş olsun. Əslində bu başa düşüləndir, belə ki, konyuktur zəruri olaraq bu keçidləri şərtləndirə bilər. Məsələn, fövqəladə vəziyyətlərdə (müharibə, təbii fəlakət, iqtisadi böhran və s.) xarizmatik liderliyə böyük ictimai-sosial tələb yaranır, bu mənada liderin belə konyukturu nəzərə alaraq o keyfiyyətləri nümayiş etdirə bilməsi məntiqlidir. Amma çox uzun müddət konyukturun dəyişməsinə baxmayaraq rasional liderliyə keçməmək özü ilə bərabər ciddi struktur çağırışlara səbəb ola bilər.
Elman Eminov, iqtisadçı
[1] Max Weber, Economy and Society, an outline of interpretive society, səhifə 215.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü

























