Azərbaycanda heyvandarlıq bitkiçilikdən daha böyükdür
2017-ci ilin yanvar-avqust ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 4 milyard 431 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən "Marja"ya verilən məlumata görə, bunun 2 milyard 232 milyon manatı heyvandarlıq, 2 milyard 199 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,7%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,5%, bitkiçilik məhsullarının istehsalı isə 0,9% artıb.
Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir və sentyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,4%-i, yaxud 935,5 min hektarı biçilib və həmin sahələrdən 2 mln. 675,3 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% az məhsul götürülüb.
Orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, 14,9 min hektar qarğıdalı sahəsindən 84,5 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 56,8 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2 mln. 759,8 min ton olub.
2017-ci il sentyabr ayının 1-nə kimi tarlalardan 707,5 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,7% az kartof, 1 mln. 57,6 min ton (7,3% çox) tərəvəz, 400,8 min ton (7,9% az) bostan məhsulları toplanıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 2 sentner, tərəvəz üzrə 22 sentner, bostan məhsulları üzrə 7 sentner artmış və uyğun olaraq 150, 170 və 176 sentner olub.
2017-ci ildə 136,4 min hektar sahədə pambıq, 14,9 min hektar sahədə dən üçün günəbaxan, 14,1 min hektar sahədə şəkər çuğunduru və 3,2 min hektar sahədə tütün əkilib. Sentyabrın 1-i vəziyyətinə həmin sahələrdən 465,5 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 7 dəfə çox pambıq, 27,9 min ton (2 dəfə çox) dən üçün günəbaxan, 61,8 min ton (71,6 dəfə çox) şəkər çuğunduru və 2,9 min ton (13,3% çox) tütün yarpağı yığılıb.
Hesabat dövrünə 359,3 min ton (1,1% çox) meyvə və giləmeyvə, 37,7 min ton (9,3% çox) üzüm, 506,5 ton (31,4% az) yaşıl çay yarpağı toplanıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 2,4% artaraq 312,6 min ton, süd istehsalı 1,3% artaraq 1 mln. 348,5 min ton, yumurta istehsalı 7,6% artaraq 1 mlrd. 154,4 mln. ədəd, yun istehsalı isə 3,5% azalaraq 15,4 min ton olub. Bundan başqa, ölkədə 245,2 ton barama istehsal olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 27 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)







