Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb
Amerikalı milyarder investor Uorren Baffetin (Warren Buffett) investisiya şirkəti "Berkshire Hathaway" Çinin elektrikli avtomobil istehsalçısı BYD-dəki bütün səhmlərini satıb. Satışdan sonra şirkətin səhmləri 3,6%-dək ucuzlaşaraq son üç həftənin ən kəskin enişini qeydə alıb.
Marja xəbər verir ki, Hong Kong birjasında ticarət olunan Çin səhmləri arasında ən zəif göstəricilərdən birinə imza atan BYD, bazarda diqqət mərkəzinə çevrilib. Şirkətin sözçüsü də Berkshire Hathaway-in BYD-dəki bütün paylarını satdığını təsdiqləyib.
Buffett-in şirkəti ilk dəfə 2008-ci ilin sentyabrında 225 milyon səhm alaraq BYD-yə sərmayə yatırmışdı və bu səhmləri 15 ildən artıq müddətdə əlində saxlamışdı. Səhmlər həmin dövrdən 2025-ci ilin 31 martınadək 4 500%-dən çox dəyər qazanmışdı.
Son 20 ildə BYD kiçik telefon batareyası tədarükçüsündən Çinin ən iri elektrikli və hibrid avtomobil istehsalçısına çevrilib. "Berkshire" isə 2022-ci ilin ortalarından etibarən paylarını satmağa başlamış, ötən il isə səhmdəki payı 5%-dən aşağı enmişdi. Payın bu həddən aşağı düşməsi =ABŞ şirkətini gələcək satışlar barədə Honq Konq Birjasına məlumat vermək öhdəliyindən azad etmişdi.
Digər tərəfdən, BYD-nin səhmləri dörd ay əvvəlki tarixi ən yüksək səviyyəsində təxminən 30% aşağı enib. Buna səbəb Çində davam edən qiymət rəqabətinin şirkətin bazardakı mövqeyini qoruyub-qoruya bilməyəcəyi ilə bağlı narahatlıqlar olub.
BYD-nin İctimaiyyətlə Əlaqələr və Brend direktoru Li Yunfei sosial şəbəkədə paylaşım edərək, səhmlərin alqı-satqısının normal bazar prosesi olduğunu vurğulayıb:
“Charlie Munger və Warren Buffett-ə BYD-yə göstərdikləri 17 illik dəstəyə və dostluğa görə minnətdarıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






