Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi
Bazar ertəsi qızıl qiymətləri artaraq rekord yeniləyiblər. ABŞ Federal Ehtiyat Sisteminin (FED) son faiz dərəcəsi endirimindən sonra əlavə azalmaların gözlənilməsi qiymətli metallar bazarına dəstək verir.Bakı vaxtı ilə saat 10:44-də Comex birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti 1,23% artaraq bir unsiya üçün 3753,4 ABŞ dollarına çatıb. Qızılın qiyməti 1 faizdən çox artıb.
Marja xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi tərəfindən pul-kredit siyasətinin yumşaldılması fonunda qızıla tələbin artması davam edir.
FED sentyabr iclasında 2024-cü ilin Dekabr ayından bəri ilk dəfə faiz dərəcəsini 0,25 faiz bəndi azaldaraq 4–4,25%-ə endirib.
Bakı vaxtı ilə saat 11:22-də qızılın unsiyası 1% bahalaşma ilə 3745,90 dollara ticarət olunub.
Bu il qızıl 40 faiz bahalaşıb.
İnvestorlar bu həftə ABŞ-dan gələcək mühüm iqtisadi göstəriciləri, xüsusən də FED-in sevimli inflyasiya göstəricisi sayılan PCE qiymət indeksini izləyəcəklər.
FED-in qərarı və bazar gözləntiləri
Qızılın yeni rekord hədlərə qalxması FED-in ötən həftə 0,25 baza bəndi faiz endirməsindən sonra baş verib. Mərkəzi Bank qərarını əmək bazarında artan risklərlə əsaslandırıb və qarşıdakı aylarda əlavə endirimlərin ola biləcəyi barədə siqnal verib.
Bununla yanaşı, FED inflyasiya təzyiqlərinin, xüsusən də ticarət tariflərinin artımından qaynaqlana biləcək risklərin hələ də mövcud olduğunu qeyd edib. Lakin bazarlar bu il faizlərin ən azı daha 0,50 faiz bəndi azalacağına əmindir.
Aşağı faiz dərəcələri gəlir gətirməyən aktivlər – o cümlədən qızıl – üçün əlverişli hesab olunur, çünki belə şəraitdə qızıla alternativlərə sərmayə yatırmağın gəlirliliyi azalır. Faiz endirimindən sonra digər metal qiymətləri də artıb.
Bazar diqqəti bu həftə ABŞ-dan veriləcək əsas iqtisadi siqnallara yönəlib. Çıxış edəcək FED rəsmiləri arasında ən çox gözlənilən çıxış isə çərşənbə axşamı FED sədri Cerom Pauellə məxsusdur.
Cümə günü açıqlanacaq PCE qiymət indeksi (FED-in sevimli inflyasiya göstəricisi) avqustda inflyasiyanın hələ də “inadkar” qaldığını göstərəcəyi proqnozlaşdrılır. Əsas PCE inflyasiyasının FED-in illik 2%-lik hədəfini yenə üstələyəcəyi gözlənilir.
Bundan əlavə, həftə ərzində sentyabr ayı üzrə ilkin satınalma menecerləri indeksi (PMI) və ABŞ iqtisadiyyatının ikinci rüb üzrə yekun ÜDM göstəriciləri də açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
-
2 saat əvvəl
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
-
2 saat əvvəl
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...




















