Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi
Almaniyanın iri kredit təşkilatı Deutsche Bank-ın strateqi Maykl Hsueh, bankın 2026-cı il üçün qızıl qiyməti proqnozunu hər unsiya üçün 3 700 dollardan 4 000 dollara qaldırdıqlarını açıqlayıb.
Marja xəbər verir ki, Bankın qiymətləndirməsinə görə, ABŞ Federal Ehtiyat Sistemi (Fed) tərəfindən gözlənilən faiz endirimləri və Çin Mərkəzi Bankının davamlı qızıl alışları fonunda qiymətli metalın rekord yüksəlişi davam edəcək. Deutsche Bank 2026-cı ildə qızılın orta qiymətinin hər unsiya üçün 4 000 dollar olacağını proqnozlaşdırır.
Hsueh Çərşənbə günü dərc olunan məqaləsində bildirib ki, qızılın yüksəliş potensialı hələ də böyükdür. Onun sözlərinə görə, əvvəlki proqnoz 3 700 dollar olsa da, yeni rəqəm yüksələn dəstək səviyyələrinə uyğundur. Strateq əlavə edib ki, modellərə əsasən, qızılın qiymət artımı davam edəcək, mərkəzi bankların gələn il ümumilikdə 900 ton qızıl alacağı gözlənilir və bu həcmin böyük hissəsi Çinin payına düşəcək.
Hazırda investorlar Fed-in növbəti iclasında faizləri azaldacağına ümid edir. Bu gözləntilər fonunda qızıl bu həftənin əvvəlində hər unsiya üçün 3 700 dollara yaxınlaşıb və tarixi maksimuma çatıb. Deutsche Bank ABŞ Mərkəzi Bankının bu ilin sonuna qədər faizləri üç dəfə endirəcəyini proqnozlaşdırır.
Gümüşün qiymətilə bağlı proqnoz da artırılıb
Qızıl bu il təxminən 40 faiz bahalaşaraq 1980-ci ildən bəri inflyasiyaya uyğun ən yüksək səviyyəsinə çatıb. Bu artımın əsas səbəbi davam edən iqtisadi və geosiyasi qeyri-müəyyənliklər fonunda "təhlükəsiz liman" aktivlərinə tələbin artmasıdır.
Hsueh bildirib ki, qızılın bahalaşmasının səbəblərindən biri də Fed-in faiz siyasəti və Liza Kuk işi ilə bağlı müstəqilliyini itirmək riski ilə üzləşməsi ehtimalıdır. Onun sözlərinə görə, əvvəlki proqnoz hazırlanarkən bu amil nəzərə alınmamışdı.
Qeyd edək ki, Goldman Sachs da bu ayın əvvəlində açıqlamasında, əgər Fed-in müstəqilliyi zəifləyərsə və investorlar vəsaitlərinin bir hissəsini xəzinə istiqrazlarından qızıla yönəldərsə, qızılın qiymətinin hər unsiya üçün 5 000 dollara çata biləcəyini bildirmişdi.
Digər tərəfdən, Hsueh Deutsche Bank-ın 2026-cı il üçün gümüşün orta qiymət proqnozunu da hər uns üçün 40 dollardan 45 dollara qaldırdıqlarını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








