“Atropatena” filminin çəkilişinə hazırlıq gedir
“Atropatena” filminin çəkilişlərinə hazırlıq başlayıb. 55-60 dəqiqəlik bədii-sənədli film “Kaspian Media Group” tərəfindən istehsal olunur.
Marja AZƏRTAC-a istinadən xəbər verir ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə çəkilir.
Filmin quruluşçu rejissoru Elmar Bayramov, ssenari müəllifi Nicat Dadaşov, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Səbuhi Atababayev, geyim üzrə rəssamı Vüsal Rahimdir. Filmin bəstəkarı hələ açıqlanmayıb.
Filmdə baş rolda Rüstəm Cəbrayılov çıxış edəcək. Digər rollarda isə Duyğu Dəvəli, Səmimi Fərhad, Manaf Dadaşov, Vidadi Həsənov, Rumiyə Ağayeva, Corc Qafarov və başqaları yer alacaqlar.
Layihənin baş prodüseri Hüseyn Cavadzadə, icraçı prodüseri Azər Həsənov, döyüş xoreoqrafiyası üzrə mütəxəssis isə Sain Fərhaddır.
Filmin hekayəsinə görə, Böyük İskəndərin Yaxın Şərqdə davam edən fəth yürüşləri zamanı fars satrapı Atropat ağılı, siyasi çevikliyi və döyüş cəsarəti ilə hökmdarın etimadını qazanır. Lakin onun əsas məqsədi yalnız İskəndərə xidmət etmək deyil, öz xalqını yadellilərin işğalından qoruyaraq gələcək Atropatena dövlətinin təməlini qoymaqdır. İskəndərin saray intriqaları və qanlı savaşların fonunda Atropat öz müdrikliyi ilə həm tarixdə, həm də millətin yaddaşında əbədi yer qazanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 d. sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























