Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünya maliyyə bazarları bu həftəni ABŞ-da keçiriləcək illik "Jackson Hole" Ekonomik Simpoziumunun kölgəsində keçirir. Bütün diqqətlər Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pavelin cümə günü etdiyi çıxışa yönəlib. İnvestorlar faiz dərəcələrinin gələcək trayektoriyasına dair ən kiçik bir ipucu üçün onun hər sözünü diqqətlə dinləyəcək.
Bu gərgin gözlənti atmosferində dünyanın ən böyük iqtisadiyyatlarından açıqlanan son Biznes Aktivlik İndeksləri (PMI) bazar iştirakçılarına iqtisadi vəziyyəti qiymətləndirmək üçün mühüm məlumatlar təqdim etdi.
Avrozonanın S&P Global tərəfindən açıqlanan ilkin PMI məlumatları iqtisadi bərpanın qeyri-bərabər olduğunu ortaya qoydu.
• Avrozona Kompozit PMI: 51.1 (50.7 gözlənilirdi). Bu rəqəm fəaliyyətin gözlənilənin üzərində açıqlandığını və genişlənmə (50.0-dan yuxarı) zonasında qərarlaşdığını göstərir.
• Almaniya iqtisadiyyatı da inkişaf edir. İstehsal PMI 49.9 olaraq qeydə alınıb ki, bu da sektorda əhəmiyyətli bir inkişafı əks etdirir.
Bu qarışıq məlumatlar Avropa Mərkəzi Bankının (ECB) növbəti faiz endiriminə getməsi ehtimallarını artırır.
İngiltərə: Xidmət Sektoru İqtisadiyyatı Dəstəkləyir, Lakin Risklər Qalır
İngiltərədə də S&P Global/CIPS PMI məlumatları açıqlandı.
• İngiltərə Kompozit PMI: 53.0 kimi ölçülüb. Bu, iyul ayındakı 51.6 səviyyəsindən yuxarı göstəricidir və iqtisadi fəaliyyətin artmaqda davam etdiyini göstərir.
• Xidmət Sektoru PMI: Ölkənin iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan xidmət sektoru sabit bir artım templi saxlayır - 53.6.
Bu məlumatlar İngiltərə Bankının (BoE) faiz dərəcələrini dəyişməsi ehtimmalrını dəstəkləyir dəstəkləyir. Lakin, FED-in daha hərtərəfli siyasəti ABŞ dollarının (USD) güclənməsinə səbəb olsa, İngilis funtunun (GBP) qarşısına çətinliklər çıxacaq.
ABŞ üçün S&P Global-un açıkladığı ilkin PMI məlumatları iqtisadiyyatın digər bölgələrə nisbətən daha möhkəm dayandığını təsdiqlədi.
• ABŞ Kompozit PMI: 55.4 (İyulda 53.5 idi).
• Xidmət Sektoru PMI: Xidmət sektoru böyüməyə davam edir - 55.4.
• İstehsal Sektoru PMI: İstehsal sektoru da böyüyür - 53.3. Bu da, müəssisələrin inventar və investisiya fəaliyyətində bir canlanma ola biləcəyini göstərir.
Əsas narahatçılıq mənbəyi isə xidmət sektörunda giriş xərclərinin sürətlə artmağa davam etməsidir. Bu, inflyasiya təzyiqlərinin davam etdiyinə işarədir və FED-in inflyasiya ilə mübarizəsinin bitmədiyini xatırladır.
Cerom Pavelin çıxışı bütün bu məlumatların fonunda baş verəcək. Bazar iştirakçıları onun ağzından iki əsas suala cavab axtarır: FED sentyabrda faizləri endirəcəkmi? Və endirimlərin templi nə qədər olacaq?
• Şahin Təbirli Çıxış (Ən Çox Gözlənilən Ssenari): Əgər Pavel inflyasiya risklərinin tam aradan qalmadığını və siyasətin məhdudlaşdırıcı qalması lazım olduğunu vurğulasa, ABŞ dolları (DXY indeksi) daha da güclənə bilər. Bu vəziyyətdə, EUR/USD cütü 1.15000 səviyyəsinin altına enişi sınaya, GBP/USD isə 1.33000 ətrafında təzyiq altında qala bilər. Qızıl ($3330-3300/ons diapazonu) və fond indeksləri qısamüddətli zərər görə bilər.
• Göyərçin Çıxış (Az Ehtimal Olunan Ssenari): Əgər Pavel iqtisadiyyatın yavaşladığını və inflyasiyanın nəzarət altına alındığını işarə edən açıq siqnal versə, dollar zəifləyə bilər. Bu, EUR/USD və GBP/USD-nin yüksəlişinə, həmçinin riskli aktivlərə (səhmlər, emtialar) müvəqqəti dəstək ola bilər.
Hazırkı məlumatlar FED-ə ehtiyatlı olmaq üçün əsas verir. Buna görə də, Pavelin şahin təbirli bir çıxış etməsi və sentyabrda faiz endirimindən çəkinməsi gözlənilir. Bu, dolların qısamüddətdə daha da güclənməsi demək ola bilər, lakin "hansı templə?" sualı cavabsız qalacaq. Forex treyderləri və investorlar üçün həddən artıq hərəkətlilik gözlənilir və mərkəzi bankların pul siyasətləri arasındakı fərqlər daha da aydınlaşacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 19 saat sonra
-
52 d. əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
1 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışı olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu






















