Toyota gömrük rüsumlarına görə mənfəət proqnozunu aşağı salıb
Toyota ABŞ-ın tarifləri (gömrük rüsumları) səbəbindən 2026-cı ilin martında başa çatacaq maliyyə ili üçün mənfəət proqnozunu 25,8 milyard dollardan 21,8 milyard dollara endirib.Toyota Motor Corp. hesabatında 1,4 trilyon yen (9,5 milyard dollar) itki və qlobal avtomobil sənayesini sarsıdan ABŞ-ın gömrük tariflərinin təsirini əsas gətirərək illik gəlir proqnozunu aşağı salıb.
Marja.az xəbər verir ki, Toyota 2026-cı ilin martında başa çatacaq maliyyə ili üçün gəlir proqnozunu əvvəlki 3,8 trilyon yen (25,8 milyard dollar) səviyyəsindən 3,2 trilyon yen (21,8 milyard dollar) səviyyəsinə endirib.
Toyota-nın əməliyyat gəlirləri bu ilin birinci rübündə illik müqayisədə 11 faiz artaraq 1,17 trilyon yen olub. Gəlir analitiklərin 890 milyard yen proqnozunu üstələyib. Bəzi regionlarda qiymət artımları bu rəqəmə təsir etsə də, tariflərin dövr ərzində təsiri 450 milyard yen təşkil edib.
Toyota öz mənfəət proqnozlarında yapon rəqiblərinə nisbətən daha bədbindir.
Bu il ümumilikdə 11,2 milyon ədəd satış gözlənilir
Çətinliklərə baxmayaraq, Toyota 2025-ci ilin birinci yarısında rekord qlobal satışlara nail olub. Xüsusilə də əsas bazarlarda benzin-elektrikli hibrid avtomobillərə güclü tələbatın təsiri ilə Toyota ilin birinci yarısında 5,5 milyon ədəd avtomobil satıb. Bu, əvvəlki illə müqayisədə 7,4 faiz artım deməkdir. Artım əsasən ABŞ, Yaponiya və Çində güclü satışlarla bağlı olub.
Toyota bu il cəmi 11,2 milyon ədəd satış gözləyir.
Həmçinin Şirkət Yaponiyanın Aichi şəhərində yeni avtomobil istehsalı müəssisəsi qurmağı planlaşdırır. Zavodun 2030-cu illərin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır. Bu zavodla şirkət yerli istehsalı ildə 3 milyon avtomobil səviyyəsində saxlamağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





