Apple 100 milyard dollarlıq yeni investisiya elan etdi
Apple-ın Direktoru Tim Kuk çərşənbə günü Ağ Evdə Prezident Donald Trampa qoşularaq texnologiya şirkətinin növbəti dörd il ərzində ABŞ istehsalına investisiyasını əlavə 100 milyard dollar artırmaq öhdəliyini elan edib. Tramp mətbuat konfransında deyib: “Bu, Amerika Birləşmiş Ştatlarında satılan iPhone-ların Amerikada da istehsal olunmasını təmin etmək üçün əsas məqsədə doğru atılmış mühüm addımdır”.ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti, ABŞ-a əlavə 100 milyard dollarlıq investisiya yatıracağını açıqlayıb.
Marja.az xəbər verir ki, bu qərar şirkətin istehsalı ölkəyə köçürmək planının bir hissəsidir.
Bu yeni vəsaitlə birlikdə Apple-ın ABŞ-dakı ümumi investisiya həcmi növbəti dörd il ərzində 600 milyard dollar səviyyəsinə çatacaq.
Şirkət ABŞ-da 20 min yeni iş yeri açmağı planlaşdırır; bu iş yerlərinin əksəriyyəti araşdırma-inkişaf, mühəndislik, proqram təminatı, süni intellekt və maşın öyrənməsi sahələrində olacaq.
ABŞ Prezidenti Donald Tramp, bu investisiyanı elan edərkən deyib: “Bu, Apple-ın indiyədək yatıracağı ən böyük sərmayədir”.
Tramp bildirib ki, Apple Kentukki ştatında dünyanın ən böyük və ən qabaqcıl ağıllı şüşə istehsal xəttini quracaq. Eyni zamanda Houston-da server istehsal zavodu, Kaliforniyada nadir torpaq elementlərinin təkrar emalı (recycling) xətti, Texas, Utah, Arizona və Nyu-York-dakı yarımkeçirici və əlaqədar avadanlıqların istehsalı üzrə yeni layihələr planlaşdırılır.
Tramp mətbuat konfransında deyib: “Bu, Amerika Birləşmiş Ştatlarında satılan iPhone-ların Amerikada da istehsal olunmasını təmin etmək üçün əsas məqsədə doğru atılmış mühüm addımdır”.
Apple-ın Direktoru Tim Kuk bildirib ki, Apple məhsullarının istehsalında istifadə olunan ən vacib komponentlər ABŞ-da istehsal ediləcək, bu məqsədlə şirkət Amerika daxilində 10 şirkətlə yeni əməkdaşlıq müqaviləsi imzalayıb.
Kuk əlavə edib: “Amerikada sərmayə yatırmağa davam edəcəyik".
Xatırladaq ki, Apple qısa müddət əvvəl – fevral ayında – ABŞ-da qarşıdakı dörd il ərzində 500 milyard dollardan çox investisiya planlaşdırdığını və bu çərçivədə işçi sayını 20 mindən aşağı tutmadığını bildirmişdi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)







