Azərbaycan–Macarıstan iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub
İyulun 31-də maliyyə naziri, Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın həmsədri Sahil Babayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı qəbul edib.
Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu xüsusda iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə verdiyi töhfə qeyd olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.
Görüş zamanı cari ilin sentyabr ayında Budapeştdə keçirilməsi planlaşdırılan iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclasına hazırlıq məsələləri də müzakirə olunub.
Nazir Sahil Babayev Komissiyanın növbəti iclasının Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi, diaspora və digər sahələrdə genişləndirilməsi baxımından məhsuldar olacağına əminliyini ifadə edib.
Səfiri Tamaş Yojef Torman Macarıstanın Azərbaycanla dostluq münasibətlərinə əsaslanan strateji tərəfdaşlığını vurğulayıb, ölkələrimiz arasında əlaqələrin daim genişlənməkdə olduğunu qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























