Tramp Cənubi Koreya və Yaponiyaya 25 faiz gömrük rüsumları tətbiq etdiyini açıqlayıb
ABŞ prezidenti Donald Tramp Yaponiya və Cənubi Koreyaya göndərdiyi “tarif məktubları”nda avqustun 1-dən etibarən bu ölkələrdən ABŞ-a göndərilən bütün məhsullara sektor tariflərindən ayrı olaraq 25 faiz gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.ABŞ prezidenti Donald Tramp Cənubi Koreya və Yaponiyanı hədəf alan tarif məktublarını "Truth" sosial media hesabında paylaşıb.
Marja.az xəbər verir ki, məktublarda Tramp, ABŞ-ın əhəmiyyətli ticarət kəsirlərinə baxmayaraq, sözügedən ölkələrlə yalnız daha balanslı və ədalətli ticarət əsasında işləməyə davam edəcəyini bildirib.
Yaponiya və Cənubi Koreya ilə ticarət əlaqələrinin qarşılıqlı olmaqdan uzaq olduğunu qeyd edən Tramp, "Buna görə də sizi dünyanın bir nömrəli bazarı olan ABŞ-ın fövqəladə iqtisadiyyatına qoşulmağa dəvət edirik" bildirib.
"İstehsal ABŞ-da olarsa, heç bir tarif tətbiq edilməyəcək"
ABŞ prezidenti Tramp avqustun 1-dən Yaponiya və Cənubi Koreyadan ABŞ-a göndərilən bütün məhsullara sektor tariflərindən ayrı olaraq 25% rüsum tətbiq ediləcəyini açıqlayıb. Tramp qeyd edib ki, yüksək tariflərdən qaçmaq üçün başqa ölkələr vasitəsilə daşınan mallar daha yüksək tariflərlə üzləşəcək.
“Lütfən, anlayın ki, 25 faiz ölkənizlə bizim aramızda olan ticarət kəsiri bərabərsizliyini aradan qaldırmaq üçün lazım olandan çox azdır”, - Tramp bildirib.
ABŞ-da istehsal edən Yaponiya və Cənubi Koreya şirkətlərinə heç bir gömrük rüsumunun tətbiq olunmayacağına diqqət çəkən Tramp bunun üçün təsdiq proseslərini sürətləndirəcəklərini də bildirib.
"Bəlkə məktuba düzəliş etməyi düşünə bilərik"
“Hər hansı bir səbəbdən tariflərinizi artırmağa qərar versəniz, hansı dərəcəni qaldırmağınızdan asılı olmayaraq, bu dərəcə bizim tətbiq etdiyimiz 25% tariflərə əlavə olunacaq”, - deyə Tramp bildirib. "Anlayın ki, bu tariflər ABŞ-la dayanıqlı olmayan ticarət kəsirləri yaradan tarif və qeyri-tarif siyasətlərini və ticarət maneələrini düzəltmək üçün lazımdır. Bu kəsir iqtisadiyyatımız və hətta milli təhlükəsizliyimiz üçün böyük təhlükədir."
Tramp bu ölkələrlə gələcək illərdə ticarət tərəfdaşları kimi işləməyi səbirsizliklə gözlədiklərini deyib və davam edib:
"Əgər indiyə qədər bağlı olan ticarət bazarlarınızı ABŞ-a açmaq, tarif və qeyri-tarif siyasətlərinizi və ticarət maneələrini aradan qaldırmaq istəyirsinizsə, bəlkə bu məktuba düzəliş etməyi düşünə bilərik. Bu tariflər ölkənizlə münasibətlərimizdən asılı olaraq yuxarı və ya aşağıya doğru tənzimlənə bilər. ABŞ sizi heç vaxt ruhdan salmayacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)




.jpg)










