Bakı Limanına baş direktor təyin edilib
Eldar Salahov “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin baş direktoru təyin edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Marja.az-a verilən məlumata görə, Eldar Adil oğlu Salahov Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb. 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.
1998–2001-ci illərdə BMT İnkişaf Proqramının (UNDP) azad iqtisadi zonaların texniki-iqtisadi əsaslandırılması üzrə eksperti, 2001–2002-ci illərdə İqtisadi İnkişaf Naziriliyinin İnvestisiya siyasəti şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. 2003–2016-cı illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalq layihələrdə baş direktor, vitse-prezident kimi rəhbər vəzifələrdə işləyib.
E.Salahov 2016-cı ildən fəaliyyətini Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri, 2019-cu ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdir müavini, Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri vəzifələrində davam etdirib.
“Bakı şəhərinin 2020–2040-cı illər üzrə Baş planı”nın layihə idarəetmə qrupunun rəhbəri, işğaldan azad edilmiş ərazilərin “Ümumi planı”, eləcə də Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Şuşa, Kəlbəcər və Laçın şəhərlərinin “Baş plan”larının hazırlanması üzrə yaradılmış işçi qruplarının rəhbər müavini, habelə BMT-nin nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF#13) 2026-cı ildə Bakı şəhərində təşkili hüququnun əldə edilməsi üzrə beynəlxalq tenderdə iştirak məqsədilə yaradılmış layihə idarəetmə qrupunun rəhbəri olub.
E.Salahov ADY-də karyerasına 2024-cü ilin sentyabrından başlayıb, Beynəlxalq əlaqələr departamentinin müdiri olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC Bakı Limanının ona qoşulması formasında yenidən təşkil edilib. Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 d. əvvəl
-
20 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 25 d. əvvəl
- 39 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb




.jpg)










.jpg)











