Bank Tovuzda filialını açdı
"Rabitəbank" filial şəbəkəsini genişləndirməyə davam edir.
Bankın yaydığı məlumatda bildirilir ki, növbəti filial Tovuz şəhərində açılıb.
"Bankın ölkə üzrə sayca 28-ci filialı olan Tovuz filialının açılış mərasimi keçirilib. Yeni filial Tovuz şəhəri, Sabir küçəsi 40 ünvanında yerləşir və müasir dizayn konsepsiyası əsasında tam təmir edilərək istifadəyə verilib", - məlumatda deyilir.
Qeyd edilib ki, Bank bu təşəbbüslə regionlarda yaşayan müştərilər üçün bank xidmətlərini daha da əlçatan etməyi və onların gündəlik maliyyə ehtiyaclarını rahat şəkildə qarşılamağı hədəfləyib. Filialda əhali və sahibkarlıq subyektləri üçün əmanətlər, kreditlər, kart məhsulları, valyuta əməliyyatları, kommunal ödənişlər və digər geniş spektrli bank xidmətləri təqdim olunur.
Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin açılış zamanı öz çıxışında qeyd edib ki: ”Rabitəbank olaraq məqsədimiz müasir texnologiyalar və yüksək keyfiyyətli xidmət prinsipləri əsasında, Azərbaycanın bölgələrində də rahat və əlçatan bankçılığı təmin etməkdir. Bununla yanaşı, bölgələrdə sahibkarlığın və kənd təsərrüfatı sahəsinin maliyyə cəhətdən dəstəklənməsi bankımız üçün strateji əhəmiyyət daşıyır.”
Tovuz Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Rəşad Zeynalov öz çıxışında bildirib: “Rabitəbankın Tovuzda yeni filialının açılması rayonumuzun sosial-iqtisadi inkişafına verilən dəyərli töhfədir. Bu addım həm rayon sakinlərinin bank xidmətlərinə daha rahat çıxışını təmin edəcək, həm də regionda məşğulluğun artmasına və iqtisadi fəallığa dəstək olacaq. Bank kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)








