“Azərbaycan Dəmir Yolları” qatar biletlərinin baha olması barəsində məlumatlara cavab verdi
ADY: Bilet qiymətləri tələbdən asılı olaraq dəyişir.“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarlarına qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir.
Bu barədə ADY-dən, son vaxtlar ADY-nin Bakı–Qazax–Bakı marşrutu üzrə hərəkət edən qatarlarına biletlərin son dərəcə yüksək olması barəsində yayılan məlumatlar ilə bağlı olaraq bidirilib.
Qeyd olunur ki, ADY 2024-cü il 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçib. Bu qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişir. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər endirimlərdən yararlana bilirlər.
Bildirilir ki, ən çox tələbat olan Bakı–Qazax–Bakı marşrutu üzrə hər bir sərnişin büdcəsinə uyğun olaraq standart (məsələn, Bakıdan Qazaxa 30-25 gün öncədən 16.20 AZN-ə), standart+ bilet ala bilər (eyni istiqamətə 30-25 gün öncədən 21.40 AZN-ə və biznes siniflərə (eyni istiqamətə 30-25 gün öncədən 39.90 AZN-ə). Eyni istiqamətə 30-25 gün öncədən birinci sinif üzrə biletin qiyməti isə 101.7 AZN təşkil edir.
İyul ayı üçün Bakı–Qazax–Bakı marşrutu üzrə hərəkət edən qatarlarına olan qiymətlər:
“Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır, müştərilərə daha geniş seçim verir. Biletlərin qiymətində artım həftəsonları, bayram günləri və biletlər səfərə bir-iki gün qalmış alındıqda olur”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, dünya təcrübəsinə nəzər salsaq görərik, məsələn, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarus Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur, Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilirlər.
“O ki qaldı biletin qiymətinin 100 AZN-dən yüksək olması ilə bağlı məlumatlara, əgər hərəkət cədvəlində seçilmiş tarixə yüksək qiymət görünürsə, bu o deməkdir ki, digər siniflərə yer qalmayıb, yalnız birinci sinif – ən yüksək sinif üzrə yer və ya yerlər mövcuddur. Birinci siniflərin qiyməti standart və biznes siniflərdən yüksək olur. Birinci sinif yerlər az olsa da (məsələn, FLIRT qatarında cəmi 8 yer), təbii ki, öz müştəriləri var, səyahət zamanı yüksək komforta üstünlük verən sərnişinlər var”, - cavabda vurğulanır.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
Bu il "PAŞA Kapital"ın 3 illik yeni strateji inkişaf planı hazırlanacaq
-
-
21 d. əvvəl
“Qiymətləndiricinin vəzifəsi tərəfləri deyil, bazarı təmsil etməkdir”
- 36 d. əvvəl
-
44 d. əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
59 d. əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
1 saat əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
1 saat əvvəl
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb























.jpg)





