Azərbaycanın su mühəndisliyi şirkəti Almaniya şirkətilə anlaşıb
Azərbaycanın peşəkar su mühəndisliyi şirkəti “Aqualink” Almaniyanın “Bioworks” şirkəti ilə tərəfdaşlıq haqda memorandum imzalayıb. “Bioworks” genişspektrli peşəkar mühəndislik şirkəti olub, çirkab suların təmizlənməsi qurğularının müasir dizaynı və quraşdırması üzrə dünyada məşhurdur.
Bu tərəfdaşlıq tam milli brend olan “Aqualink” şirkətinə “Bioworks” ilə birgə fəaliyyətlərə - Azərbaycanda və regionda tullantı sularının təmizlənməsi üzrə zavodlar layihələndirməyə və tikməyə, eləcə də belə müəssisələrə xidmət göstərməyə imkan verəcək.
“Azərbaycanın 2050-ci ilədək nail olmaq istədiyi dayanıqlı inkişaf məqsədlərinə öz fəaliyyətimizlə - ətraf mühitin mühafizəsinə, hər kəsin içməli və təmiz suya əlçatımı olmasına, təbii su hövzələrinin qorunmasına xidmət edən layihələrimizlə töhfə verməyimizlə fəxr edirik” - “Aqualink” şirkətinin baş icraçı direktoru Orxan Mikayıl belə deyib.
“Azərbaycanda su mühəndisliyi üzrə belə peşəkar şirkətin olması bizi çox sevindirir. Ümid edirik ki, bu tərəfdaşlıq sayəsində təmsil etdiyim şirkət zəngin təbiətə malik Azərbaycanın su ehtiyatlarının səmərəli istifadəsi, su sistemlərinin ən müasir standartlara uyğun qurulması, eləcə də Qarabağın bərpası və yenidənqurulması üçün öz texnologiya və təcrübəsini tətbiq edə biləcək” – “Bioworks” şirkətinin regional nümayəndəliyinin rəhbəri Yusif Məmmədli vurğulayıb.
“Aqualink” şirkəti həmçinin “Bioworks”un region üzrə rəsmi disrtibüteri “Tabsu” şirkəti ilə də Azərbaycan üzrə eksklüziv tərəfdaşlıq anlaşmasını imzalayıb.
Qeyd edək ki, Azərbaycan brendi “Aqualink” 2010-cu ildən fəaliyyət göstərir. Dünyanın 50-dən artıq qabaqcıl su mühəndisliyi və kimya şirkəti ilə eksklüziv tərəfdaşlığa malik olan şirkət indiyədək 200-dək iri layihə həyata keçirib və bir çox layihələrdə tərəfdaşlıq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 53 d. əvvəl
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















