BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” qaz yatağında ikinci quyu qazılacaq.
Bu barədə BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell 30-cu yubiley Bakı Enerji Forumu çərçivəsində şirkətin mətbuat konfransında bildirib.
"Bir neçə il əvvəl BP və SOCAR birgə quyu qazaraq “Şəfəq-Asiman” adlı qaz yatağını kəşf edib. Əldə edilən məlumatların təhlilindən sonra biz belə qənaətə gəldik ki, lay əvvəlcə güman edildiyindən daha böyük ola bilər. Bunu təsdiqləmək üçün ikinci quyu qazılmalıdır. Əgər gözləntilərimiz özünü doğrultsa, işlənmə proqramı hazırlanacaq və biz qaz hasilatına başlayacağıq", - o qeyd edib.
Q. Birrellin sözlərinə görə, Xəzər regionunda BP və SOCAR-ın uzunmüddətli və etibarlı tərəfdaşı olan “Türkiye Petrolleri” (TPAO) şirkəti layihədə iştirak etməyə ciddi maraq göstərib.
"TPAO rəsmi olaraq BP və SOCAR ilə tərəfdaşlığa qoşulub. Biz birlikdə ikinci quyunu qazmağı planlaşdırırıq. Əgər layın həqiqətən də güman edildiyindən daha böyük olduğu təsdiqlənərsə, bu, yatağın işlənməsinə başlamaq üçün yol açacaq", - o əlavə edib.
Xatırladaq ki, SOCAR və TPAO bu gün şirkətin “Şəfəq-Asiman” dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulmasına imkan verən bir neçə saziş imzalayıb.
Razılaşma üzrə işlərin 2025-ci ilin üçüncü rübünün sonunadək başa çatacağı gözlənilir. Razılaşma yekunlaşdıqdan sonra TPAO HPBS-də ümumilikdə 30 % iştirak payına sahib olacaq - bunun 15 %-i BP-dən, 15 %-i isə SOCAR-dan TPAO-ya veriləcək. Hazırda BP və SOCAR HPBS-də hər biri 50 % iştirak payına malikdir. BP kəşfiyyat dövrü üçün HPBS-nin operatoru olaraq qalacaq.
Bu günə qədər blokda aparılmış geoloji kəşfiyyat işlərinə 3D seysmik tədqiqatın aparılması, əldə edilmiş məlumatların emalı və interpretasiyası, həmçinin bir kəşfiyyat quyusunun (SAX01) qazılması daxildir. 2021-ci ildə tamamlanmış SAX01 quyusu 7189 metr dərinliyə çatmaqla Fasilə lay dəstinin əsasınadək qazılmış və keçilən laylarda qaz-kondensat ehtiyatlarının mövcudluğunu təsdiqləmişdi. Daha sonra quyu əlavə qiymətləndirmə işlərinin aparılması və növbəti fəaliyyətlərin planlaşdırılması üçün bağlanmışdı.
BP ilə SOCAR arasında “Şəfəq-Asiman” dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üzrə HPBS 2010-cu ilin oktyabr ayında Bakıda imzalanıb. “Şəfəq-Asiman” dəniz bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə suyun dərinliyi 650-800 metr olan bir ərazidə yerləşir. Blok “Şahdəniz”dən 60 km, Səngəçal terminalından isə 145 km-lik məsafədə yerləşir.
© “Report”
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
8 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
9 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
9 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























