Azərbaycan və Almaniya “yaşıl" texnologiyalar və hidrogen sənayesini müzakirə edib
Almaniya ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq müzakirə edilEnergetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms arasında görüş olub.
Görüşdə Almaniyanın enerji sahəsində diversifikasiya, rəqabətqabiliyyətli qiymətlərin təmin edilməsi və iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi siyasəti, eləcə də Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi istiqamətində həyata keçirdiyi kurs çərçivəsində tərəfdaşlığa dair müzakirələr aparılıb. Alman şirkətlərinin Azərbaycanda təxminən 20 layihə üzrə əməkdaşlıq planlarının olduğu, bunların bir qisminin enerji sahəsini əhatə etdiyi qeyd olunub. Kiçik miqyaslı bərpa olunan enerji layihələri, enerji səmərəliliyi, enerji tələbatının idarə olunması istiqamətləri ilə yanaşı, dənizdə külək enerjisinin inkişafı, “Xəzər - Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və “yaşıl enerji” tədarükü üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Bildirilib ki, hazırda Azərbaycan, Gürcüstan, Qara dəniz və Şərqi Avropa ölkələri arasında həyata keçirilən “yaşıl enerji dəhlizi” ilə elektrik enerjisindən əlavə, növbəti mərhələdə “yaşıl hidrogen”in nəqli də nəzərdə tutulur. Bu dəhlizlə ixrac olunacaq həcmlər gələcəkdə Almaniyanın enerji tələbatını qarşılamaq üçün də istifadə oluna bilər.
Söhbət zamanı hazırda icra olunan digər “yaşıl enerji” interkonnektorları, dünyada “yaşıl texnologiyala"r və hidrogen sənayesinin inkişafı ilə bağlı da fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























