Azərbaycanın aparıcı distribütor şirkəti Rusiya istehsalçısı ilə müqavilə imzalayıb
“Agro-West DC” MMC və “Rublovskiy” Ticarət Evi əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqavilə Azərbaycan bazarına geniş çeşiddə kolbasa və delikates məhsullarının tədarükünü nəzərdə tutur. İstehlakçılar iyun ayının əvvəlindən Azərbaycanın aparıcı satış nöqtələrinin rəflərində “Rublovskiy” məhsullarını görə biləcəklər.Azərbaycanın aparıcı ət məhsulları distribütorlarından olan “Aqro-Vest DC” MMC Rusiya istehsalçısı “Rublovskiy” Ticarət Evi ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.
Şirkətdən Marja.az-a verilən məlumata görə, bu müqavilə Azərbaycan bazarına geniş çeşiddə kolbasa və delikates məhsullarının tədarükünü nəzərdə tutur.
Razılaşma “Rublovskiy” brendinin regional bazarda mövqelərini gücləndirmək, satış şəbəkələrində məhsul çeşidini genişləndirmək və keyfiyyətli məhsulları istehlakçılar üçün daha əlçatan etmək baxımından yeni imkanlar açır.
”Rublovskiy” kimi tanınmış bir brendlə əməkdaşlığa başlamaqdan məmnunuq. Bu, Azərbaycanda premium ət məhsullarının distribusiyasını daha da inkişaf etdirməyə yönəlmiş mühüm addımdır”, - deyə “Aqro-Vest DC” MMC-nin nümayəndəsi Elvin Aslanov bildirib.
“Aqro-Vest DC” MMC ilə əməkdaşlıq bizə böyük potensiala malik yeni bazara çıxmaq imkanı yaradır. Əminik ki, məhsullarımız keyfiyyət və ənənəyə dəyər verən Azərbaycan alıcıları tərəfindən yüksək qiymətləndiriləcək” - bu sözləri “Rublovski” Ticarət Evinin nümayəndəsi Dmitri Kondraşov söyləyib.
İstehlakçılar iyun ayının əvvəlindən Azərbaycanın aparıcı satış nöqtələrinin rəflərində “Rublovskiy” məhsullarını görə biləcəklər.
Bildirək ki, bundan sonra şirkətlər birgə marketinq tədbirləri keçirmək və Azərbaycanın bütün ərazisində stabil distribusiya şəbəkəsini inkişaf etdirməyi nəzərdə tutublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























