Azərbaycan hökuməti neftin qiymtilə bağlı proqnozunu açıqladı
İqtisadiyyat Nazirliyi baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiymətini 2026-cı il üçün 65 ABŞ dolları və 2027-2029-cu illər üçün də eyni səviyyədə fərz edir.Ortamüddətli dövr üçün makroiqtisadi proqnozlar açıqlanıb.
Marja.az xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiyməti 2026-cı il üçün 65 ABŞ dolları və 2027-2029-cu illər üçün də eyni qalacağı fərz edilmişdir.
Proqnozlara əsasən 2026-cı ilin sonuna ÜDM-in həcmi 135,7 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 101,3 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 162,6 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 129,1 milyard manata qədər artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,8 faiz, qeyri-neft/qaz ÜDM-in 5,1 faiz olacağı proqnozlaşdırılır. 2025-ci ildə neftqaz sektoru üzrə ÜDM-in real ifadədə 1,2 faiz artacağı proqnozlaşdırılır.
2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının artaraq 79,4 faizə çatacağı, neft-qaz sektorunun payının isə 20,6 faizə bərabər olacağı proqnozlaşdırılır. Neft və qaz hasilatı üzrə sabitləşdirmə tədbirlərinin nəticəsi olaraq 2029-cu ildə neft və qaz hasilatının artacağı proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən 2025-ci ildə neft hasilatının azalacağına baxmayaraq qaz hasilatının artması sektorun inkişafına artırıcı təsir edəcəkdir. 2027-2029-cu illərdə neft və əmtəəlik qaz hasilatı (2029-cu il istisna olmaqla) üzrə azalmanın davam etməsi nəzərə alınaraq neft-qaz sektorunda azalma proqnozlaşdırılmışdır.
2026-cı ildə əsas kapitala olan investisiyalarda 3,8 faiz, ortamüddətli dövrdə isə orta illik 3,7 faiz artım olacağı, 2026-cı ildən 2029-cu ilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında artım proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyi tərəfindən əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə Maliyyə Nazirliyinin proqnozları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya çərçivəsində qeyri-neft/qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artması hədəfi, dövlət investisiyalarının iqtisadi səmərəliliyinin və şəffaflığının yüksəldilməsi, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi nəzərə alınmışdır.
qtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsi, eləcə də antiinflyasiya tədbirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,1% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 3,8% olacağı gözlənilir.
Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123,0 milyard manata, xərclərinin isə 119,4 milyard manata qədər yüksəlməsi gözlənilir.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026- 2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
35 d. əvvəl
Lombard şirkəti "BQ" 52 investordan illik 15%-lə 2 milyon manat borc aldı
- 45 d. əvvəl
-
-
57 d. əvvəl
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
-
2 saat əvvəl
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
"PAŞA Kapital"ın xalis mənfəəti artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
-
3 saat əvvəl
"BRAND CREDİT" BOKT maliyyə göstəricilərini açıqladı - HESABATLAR VƏ AUDİTORUN RƏYİ
-
3 saat əvvəl
Xalq Bank Visa Direct to Account and Wallet xidmətini istifadəyə verdi
-
3 saat əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
Aprelin 17-də gözlənilən hava şəraiti
"BRAND CREDİT" BOKT maliyyə göstəricilərini açıqladı - HESABATLAR VƏ AUDİTORUN RƏYİ
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
“Teleradio”ya yeni rəhbər təyin edilib
Azərbaycanın iri bankı Özbəkistanda bank alır

















.jpg)






