ASC “Xalq” Bankının İdarə Heyətinin sədri ABA-nı 35 illiyi münasibətilə təbrik edib
Bu il Azərbaycan Banklar Assosiasiyası (ABA) 35 illiyini qeyd edir.
ASC “Xalq” Bankın yaydığı məlumatda bildirilir ki, ABA ölkəmizdə bank sektorunun inkişafı, banklar arasında səmərəli əməkdaşlıq mühitinin təşkilində mühüm rol oynayır. Assosiasiyanın üzv banklar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlər sırasına sektorun inkişafına dəstək olacaq məsələlərin müzakirəsi və bu istiqamətdə vahid mövqenin formalaşdırılmasını aid etmək olar. ABA fəaliyyəti ərzində xüsusilə də maliyyə savadlılığının artırılması, bank sektorunda rəqəmsal həllərin təşviqi kimi məsələləri diqqətdə saxlayır.
Assosiasiyanın nəzdində fəaliyyət göstərən və bu il 25 illiyini qeyd edən Bank Tədris Mərkəzi bank sektoru əməkdaşlarının peşəkar inkişafında önəmli rol oynayır. ABA təşkil etdiyi müxtəlif təlim proqramları, beynəlxalq tədbirlər və bu sahədə mövcud beynəlxalq təcrübəyə əsaslanaraq maliyyə bazarının dayanıqlı kadr potensialının formalaşmasına öz töhfəsini verir.
ASC “Xalq” Bankının İdarə Heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov 35 illik münasibətilə Azərbaycan Banklar Assosiasiyasını təbrik edərək, bildirir: “Azərbaycan Banklar Assosiasiyasının rəhbər heyəti və kollektivini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Azərbaycan Banklar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndirir və gələcəkdə də səmərəli əməkdaşlığın davam etdiriləcəyinə inanıram.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 d. əvvəl
- 21 d. əvvəl
- 22 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI





















