“AzerGold” Pakistan şirkətilə əməkdaşlıq edəcək - SƏNƏDLƏR İMZALANIB, MƏLUMATLAR GİZLİ SAXLANILACAQ
“AzerGold” QSC və “Frontier Works Organization” şirkəti arasında birgə əməkdaşlıq haqqında sənədlər imzalanıbAprelin 8-də “AzerGold” QSC və Pakistan İslam Respublikasının “Frontier Works Organization” şirkəti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi imzalanıb.
“AzerGold” QSC-nin yaydığı məlumatda bildirilir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Pakistana səfəri və Pakistan Mineral İnvestisiya Forumu çərçivəsində paytaxt İslamabad şəhərində təşkil olunan mərasimdə sənədləri “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyev və “Frontier Works Organization” şirkətinin faydalı qazıntıların kəşfiyyatı və inkişaf əməliyyatları üzrə direktoru Muhammad Badr Malik imzalayıblar.
Dağ-mədən və geologiya sahələrində birgə əməkdaşlığın qurulması məqsədilə imzalanan sənədlərə əsasən, tərəflər arasında Azərbaycan, Pakistan, eləcə də digər ölkələrin ərazilərində faydalı qazıntı yataqları ilə bağlı mövcud geoloji məlumatların öyrənilməsi, birgə geoloji kəşfiyyat proqramları, mədən layihələrin icrası ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub.
Həmçinin sənədlərdə məlumat və təcrübə mübadilələrinin aparılması, qarşılıqlı səfərlərin davam etdirilməsi ilə bağlı tərəflər öz niyyətlərini ifadə ediblər.
Xatırladaq ki, cari ilin 25 fevral tarixində “AzerGold” QSC-də Azərbaycan-Pakistan Biznes Forumu çərçivəsində ölkəmizdə səfərdə olan “Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru Abdul Saminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdi. Görüşün yekunu olaraq tərəflər arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması, məlumat mübadiləsinə dair NDA sənədi, eləcə də əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması və imzalanması barədə razılıq əldə edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























