"Meqa Həyat Sığorta"nın gəlirləri 2 dəfə artıb
"Meqa Həyat Sığorta" ASC 2024-cü ili 1 milyon 524 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 86 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Meqa Həyat Sığorta"nın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 438 min manat və ya 40,3% artıb.
Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Meqa Həyat Sığorta"nın cəmi gəlirləri 2023-cü ildə 4 milyon 85 min manat ikən, 2024-cü ildə 8 milyon 193 min manat təşkil edib (4 milyon 107 min manat və ya 2 dəfə artıb).
"Meqa Həyat Sığorta"nın cəmi xərcləri isə 3 milyon 560 min manat və ya 2,3 dəfə artaraq 6 milyon 288 min manat olub. Gəlirlərdəki artımım məbləği, xərclərdəki artımın məbləğindən daha böyük olduğu üçün "Meqa Həyat Sığorta"nın mənfəəti də artıb.
Ötən il "Meqa Həyat Sığorta"nın hesabladığı sığorta haqları 2,4 dəfə artaraq 11 milyon 605 min manat, sığorta ödənişləri isə 68,5 dəfə artaraq 1 milyon 28 min manat təşkil edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
-
10 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 11 d. əvvəl
- 15 d. əvvəl
- 54 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib



























