Hər şirkət AZTA-ya üzv ola bilməyəcək - MÜSAHİBƏ
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovla təşkilatın yaxın gələcəyə olan planlarına həsr olunmuş müsahibəsi.
-Hazırda Assosiasiyanın neçə üzvü var və onların sayının artırılması kimi planlarınız var mı?
– Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir və onun aktiv üzvlərinin sayı 100-ə yaxındır. Azərbaycan Turizm Assosiasiyası üzvləri təstiq olunmüş tələblər və meyarlara uyğun olaraq seçir, belə ki, assosiasiyaya üzv ancaq turizm qanunvericiliyinə uyğun fəaliyyət göstərən və turistlərin hüquqlarını təmin edən şirkətlər ola bilər. Turizm Assosiasiyasının üzvlərinin sayının artmamasına səbəb də məhz təstiq olunmuş tələblərdir, ancaq hazırda biz Assosiasiya üzvlərinin sayının artırılması qərarına gəlmişik. Bu o demək deyil ki, turizm fəaliyyəti ilə məşğul olan hər şirkət və ya şəxs AZTA-ya üzv ola bilər. Biz əsas olaraq – xidmətin keyfiyyəti, assosiasiya üzvləri və müştəri məmnunlugu prinsiplərinə sadiqik. Bazar iştirakçılarının sayının lisenziyalaşmanın ləğvi fonunda sayının artması, eləcədə turist axının və fırıldaqçılıq faktlarının artımı fonunda AZTA bazarda keyfiyyətli iştirakçıları müəyyən etmək üçün araşdırmalar aparmaq qərarına gəlib. Həmin iştirakşılar AZTA-ya üzv ola biləcəklər.
– Assosiasiya üzvləri hansı üstünlüklər əldə edəcək və onların fəaliyyəti qeyri-üzvlərin fəalliyətinə necə təsir edə bilər?
– Azərbaycan Turizm Assosiasiyası üzvlərinin sayının artırılması ancaq AZTA fəaliyyəti ilə deyil, həmdə turizm sənayəsinin inkişafına təkan verəcək, o cümlədəm, xidmət keyfiyyətinin artırılmasına xidmət edəcək. Azərbaycan Turizm Assosiasiyası ictimai birlik olmağına baxmayaraq, turizm sənayəsinin iştirakçıları və turistlər, eləcə də müvafiq ozəl və dövlət quurumları arasına problerin həlli üçün körpü rolunu oynayacaq. AZTA üzvlərini xüsusi holoqramlarla təmin edəcək və bu da həmin şirkətin xidmətlərinin keyfiyyətə AZTA tərəfindən zəmanət verildiyi mənasını daşıyır. Yəni, Azərbaycan Turizm Assosiasiyası həmin şirkətə görə öhtəliyi öz üzərinə götürəcək. AZTA-ya üzvlük könüllülük prinsipi ilə hayata keçirilir və buna görə də bütün tədbirlər üzv olmayan şirkətlərin maraqlarını nəzərə alınaraq həyata keçiriləcək.
– Azərbaycan Turizm Assosiasiyası nəznində təşkil olunmuş komitələrin fəaliyyətini necə qiymətləndirirsiz?
– Azərbaycan Turizm Assosiasiyası nəznində gəlmə turizm, getmə turizm və nəqliyyat məsələləri üzrə komitələr fəaliyyət göstərir. Hər üç komitə öz fəaliyyətini kifayət qədər fəallaşdırıb. Hər həftə komitələr iclas keçirir və Assosiasiyanın dəstəyi nəticəsində həll olunan problemləri müzakirə edirlər. Hər həftə iclasların gündəliyinə aktual məsələlər çıxarılır, iclas işrirakçıları öz təklifləri ilə çıxış edir, Assosiasiya isə həmin problemlərin həlli üçün vacib olan tədbirlər görür. Belə görüşlər həqiqətən probllemlərin üzə çıxarılması və həll olunması üçün səmərəli vasitəyə çevrilib. Hazırda AZTA-nın yeganə problemi bazar iştirakçılarının assoosiasiyanın gördüyü işlər barədə məlumatsız olmasıdır və buna görə də yaxın gələcəyə olan planlara öz fəaliyyətimizi təbliğ etmək üçün genişmiqyaslı tədbirlərin və aksiyaların keçirilməsi daxildir.
– Azərbaycan Turizm Assosiasiyasının “qara siyahısı” nə deməkdir və nəyə lazımdır?
– Azərbaycan Turizm Assosiasiyası əvvələr də belə siyahını tətbiq edirdi və indi onu bərpa etmək qararına gəlib. Bu siyahiya bütün turizm sənayesi iştirakçıları – tələbləri pozan turizm şirkətləri, otellər, aviaşirkətlər və hətta arzuolunmaz turistlər də daxil ediləcək. Siyahıya dəyişiklikləri ancaq AZTA üzvləri edə biləcək və hər bir təklif olunan məlumat diqqətlə öyrəniləcək, ancaq bunnan sonra siyahıya əlavə olunacaq. Belə təcrübə bir çox ölkələrdə tətbiq olunur və yarana bilinəcək risklərin, eləcə də digər bazar iştirakçılarının mənfi nüfuzunun formalaşmasının qarşısını almaq üçün kifayət qədər səmərəli vasitədir.
– Azərbaycan Turizm Assosiasiyasının ölkə daxilində genişlənməsi kimi planıları var mı?
– AZTA-nın daxildə genişlənməsi prosesi Naxçıvanda nümayəndəliyin açılması ilə artıq başlayıb. Bizə artıq Naxçıvanda fəaliyyət göstərən turizm şirkətləri tərəfindən üzv olmaqla bağlı müracıətlər daxil olur və hazırda baxılır. Naxçıvanda nümayəndəliyin açılmasının səbəbi bölgəyə turist axının artımı və strateji əhəmiyyəti ilə bağlıdır.
– Bəs ölkə xaricində necə?
– Bizim artıq Malaysiya, Dubay və Ukraynada mümayəndəliklərimiz var. Ölkə xaricində nümayəndəliklərin olması beynəlxalq turların və ya üçüncü ölkələrə Azərbaycan ərazisi üzərindən turizm axınında iştirak etmək kimi qərarın alınmasına səbəb oldu. Məlumdur ki, Gürcüstan istiqaməti ukraynalı turistlər tərəfindən böyük maraqla qarşılanır və biz də bu prosesdə Azərbaycan ərazısını təklif etməklə iştirak etmək istəyirik. Bu mexanizm ya Azərbaycan uzərindən tranzit kimi və ya beynəlxalq turların təşkili kimi istifadə oluna bilər. Hər il Gürcüstana 200 mindən çox polşalı turist səyahət edir, ukraynalı həmkarlarımız ilə fəaliyyətin səmərəliliyindən AZTA-nın Polşada nümayəndəliyinin açılması və beynəlxalq turların təşkil edilməsı qərarı asılıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 d. əvvəl
- 43 d. əvvəl
-
-
46 d. əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 55 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın neft və qaz ixracından gəliri 1 milyard dollardan çox azalıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Netflix səhmləri 9% ucuzlaşıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...





.jpg)
.jpg)










.jpg)









