Almaniyanın dövlət borcu 2,5 trilyon avronu keçib: Hərbi xərclərində böyük artım
Almaniyanın dövlət borcu keçən il 63,9 milyard avro artaraq 2,509 trilyon avroya çatıb.Almaniya Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatlarına görə, ötən il dövlətin qeyri-dövlət qurumlarına ümumi dövlət borcu 63,9 milyard avro artıb. Marja.az xəbər verir ki, borc 2023-cü ilin sonu ilə müqayisədə 2,6 faiz artaraq 2 trilyon 509 milyard avroya çatıb.
Bu dövrdə federal dövlət borcu 36,5 milyard avro, əyalətlərin borcu isə 12,7 milyard (2,1 faiz) artaraq 606,9 milyard avroya çatıb.
Destatis-in yaydığı açıqlamada, Covid-19 pandemiyası zamanı şirkətlərə kömək etmək üçün qurulan İqtisadi Sabitləşdirmə Fondunun (WSF) borcunun 40,2 faiz azalaraq 22,1 milyard avroya düşdüyünü bildiririb.
"Almaniya Silahlı Qüvvələrinin Xüsusi Fondunun (Bundesver) borcu həmin dövrdə 295,6 faiz (17,2 milyard avro) artaraq 23 milyard avroya yüksəlib", - məlumatda deyilir.
Hökumət Rusiya-Ukrayna müharibəsindən sonra Almaniya ordusu üçün şəxsi heyət, texnika və infrastrukturda “əhəmiyyətli təkmilləşdirmə” ehtiyacını ödəmək üçün 100 milyard avro dəyərində xüsusi fond yaradıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
3 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
7 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
7 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ















.webp)










