Bankın sabiq filial müdirinin 9 il, baş xəzinadarın isə 7 il azadlıqdan məhrum edilməsi təklif olundu
“Premium Bank”-ın 461 min manatını mənimsəməkdə təqsirləndirilən bankın sabiq filial müdiri Nəzakət Məmmədova və həmin filialın baş xəzinadarı Samirə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Nəzakət Məmmədxanovanın 9 il, Samirə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Həmçinin prosesdə “Premium Bank” ASC-dən gələn sənəd elan olunub. Ərizədə bildirilib ki, Samirə Əliyeva banka dəyən maddi ziyanı ödəyib və onunla barışıq əldə olunub. Buna görə də, onunla bağlı verilmiş mülki iddia geri götürülüb.
Məhkəmənin növbəti prosesi aprelin 4-nə təyin olunub.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, “Premium Bank” ASC-də filial müdiri işləyən Məmmədxanova Nəzakət Şərəf qızı ötən ilin may ayının 8-dən 23-ü tarixinə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib.
Ona bu işdə həmin filialın baş xəzinədarı işləyən Əliyeva Samirə Novruz qızı kömək edib. O, 32 mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan Nəzakət Məmmədxanovaya məxsus hesab nömrəsindən “M10” proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kritovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytında onun hesabına yerləşdirib.
Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2(Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işində “Premium Bank” zərərçəkmiş qismində tanınır.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















