Azərbaycan Mərkəzi Bankı ilə Gürcüstan Milli Bankı arasında əməkdaşlıq genişləndirilir
Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətinin Mərkəzi Banka səfəri baş tutub.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilri ki, sədr Taleh Kazımov Gürcüstan Milli Bankının nümayəndə heyətini qəbul edib. Görüşdə bir sıra istiqamətlərdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində əldə olunan nəticələr ilə bağlı məmnunluq ifadə olunub, ödəniş sistemlərinin müasirləşdirilməsi, risk-əsaslı bank nəzarətin tətbiqi, monetar sferada islahatlar, maliyyə texnologiyalarının tətbiqi, maliyyə savadlılığının artırılması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Mərkəzi Bank ilə Gürcüstan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi pul siyasəti, maliyyə sabitliyi siyasəti, bank nəzarəti, ödəniş sistemləri, eləcə də maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsidir. Həmçinin memorandum çərçivəsində təcrübə və məlumat mübadiləsinin aparılması, təlim və birgə seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkili də nəzərdə tutulub.
Qeyd edilib ki, imzalanmış memorandum hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın daha da möhkənlənməsinə xidmət edəcək, həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























