Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı faiz qərarını açıqlayıb. Mərkəzi Bank iqtisadçıların gözlədiyi kimi, əsas faiz dərəcəsini 2,50 bənd azaldaraq 45 faizdən 42,5 faizə endirib.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, TCMB mart ayı iclasında əsas faiz dərəcəsini 2,50 faiz bəndi azaldaraq 42,5 faizə endirib.
TCMB inflyasiyanı cilovlamaq üçün repo faiz dərəcəsini 50 faizədək qaldırmışdı. Bank faiz dərəcəsini ötən ilin dekabr ayında 2,50 bənd, 2025-ci ilin əvvəlində də 2,50 bənd azaldılaraq 45 faizə endirmişdi.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) bildirib ki, qərar inflyasiyanın əsas tendensiyasının azalması və daxili tələbin dəstəkləyici proqnozu fonunda qəbul edilib. TCMB faizini müəyyən edərkən, yanvar ayında müşahidə olunan artımdan sonra fevral ayında inflyasiyanın azalması və xidmətlər inflyasiyasında yavaşlamanı nəzərə alıb.
TCMB inflyasiya gözləntiləri və qiymət davranışında yaxşılaşma meylinin davam etdiyini, lakin dezinflyasiya prosesi baxımından risk faktorlarının davam etdiyini vurğulayıb. Fiskal siyasətin koordinasiyasının artırılmasının bu prosesə mühüm töhfə verdiyi də bildirilib.
Mərkəzi Bank bəyan edib ki, sərt pul siyasəti mövqeyi qiymət sabitliyini təmin etməyə davam edəcək.
Beynəlxalq təşkilatlar da (Morgan Stanley, Goldman Sachs, Deutsche Bank, JpMorgan, Barclays, Citi Bank, BofA) TCMB-nin faiz dərəcəsini 2,50 bənd azaldacağını gözləyirdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)






