"Suya xlor vurulması insan sağlamlığını qorumaq üçündür"
Azərbaycanda bəzən insanlar suyun dadında və yaxud qoxusunda xlor hiss etdiklərini bildirirlər, lakin bu, onların sağlamlığını qorumaq üçündür.
Bunu Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov bildirib.
"Azərbaycanda suyun təhlükəsiz çatdırılması üçün müasir texnologiyalar tətbiq edilir. Bu, vacib məsələlərdən biridir. İnsanlara verilən suda təhlükəli bakteriyalar və infeksiyalar ola bilər. Bunun qarşısını almaq üçün zərərsizləşdirmə texnologiyalarından istifadə edirik. Əgər su lazımi şəkildə təmizlənməsə, bu, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər", - deyə o qeyd edib.
A.Abbasovun sözlərinə görə, hazırda Bakıya su Oğuz-Qəbələ bölgəsindən 260 km, Şollardan 170-180 km, Kür çayından isə 145 km məsafə qət etməklə çatır: “Bu proseslərdə dövlət standartlarına uyğun borular, anbarlar və nasoslardan istifadə olunur. Hazırda suyun ikinci mərhələdə daha təhlükəsiz zərərsizləşdirilməsi üçün yeni qurğular tətbiq olunur. Anbarlarda və digər infrastrukturda su təkrar emaldan keçirilir, insanlara çatdırılmazdan əvvəl yenidən zərərsizləşdirilir. Bu pilot layihələr üzərində işlər davam edir".
Su təchizatı rəsmisi suyun saxlanması və istifadəsi zamanı vətəndaşların diqqətli olmasının vacibliyini də vurğulayıb: “İnsanlar saxladıqları suyun təhlükəsizliyinə diqqət yetirməlidir. Cəmiyyətin maarifləndirilməsi bu məsələdə mühüm rol oynayır".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)




