ABA-nın rəhbərliyi SECO-nun nümayəndəsini qəbul edib
5 sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və İcraçı Direktoru Yunus Abdulov SECO-nun (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi) Makroiqtisadi Dəstək Proqramı üzrə məsul şəxs Reto Weyerman və İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz regionu üzrə direktor müavini Simone Haeberli ilə görüşüb.
Görüşdə Azərbaycanda bank sektorunun hazırki durumu, ABA-nın fəaliyyəti və onun bank sektorundakı münasibətləri tənzimləyən qanun və qaydaların formalaşdırılmasndakı rolu, müvafiq orqanlarla əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin ABA-nın nəzdində yeni yaradılmış Hərrac Mərkəzi, Bank Ombudsmanı və onların fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb. ABA-nın SECO ilə əməkdaşlığı və birgə tədbirlərin təşkili barədə danışılıb.
Daha sonra Reto Weyermenin “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayevlə və “ÇYP və Komplayns” üzrə Ekspert Qrupunun sədri Anar Kərimovla görüşü baş tutub. Hər iki ekspert qrupunun fəaliyyəti barədə fikirlər dinlənilib. Görüş zamanı Maliyyə Monitorinqi Xidməti ilə əməkdaşlıq, bank sektorunun qanunvericiliyi ilə bağlı cari vəziyyət, icra prosesinin sadələşdirilməsi, o cümlədən “Daşınar əmlakın yüklülüyü haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)








