"İtaliya səfirliyi azərbaycanlı tələbələrə viza vermir"
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin vətəndaşlarımızla kobud davranışları, onları aşağılamaq cəhdləri eyni zamanda heç bir səbəbdən şengen viza verilməməsi ilə bağlı şikayətlər artır.
Millət vəkili Fazil Mustafa bir neçə gün öncə bu məsələyə toxunmuş və səfirlikləri kəskin tənqid etmişdi.
Deputat bu haqda deyib:
Son vaxtlar Azərbaycan vətəndaşlarına qarşı ayrı-ayrı ölkələrin Bakıdakı səfirlikləri tərəfindən sadəcə tərbiyəsizlik kimi qiymətləndirilə biləcək hərəkətlər edilir. Buna bəlkə də dələduzluq da demək olar. Azərbaycan vətəndaşı turist səfərinə Şengen vizası almaq üçün müraciət edir Avropa ölkələrinin səfirliklərinin birinə. Bunun üçün Dəmirçi Plazada yerləşən özlərinin müəyyən etdiyi şirkət vasitəsilə onların hesabına minimum adambaşına 50 dollardan yuxarı vəsait də ödəyir. Bir müddət sənədləri özlərində saxlayıb, ümid yaradırlar, sonra da cavab vaxtına bir-iki gün qalmış vətəndaşımıza bildirirlər ki, bəs sizin gedişiniz məqsədəuyğun sayılmadı. Əsaslandırılmış hansısa cavab verilmir, gün kimi aydındır ki, gedən vətəndaşın təqdim etdiyi sənədlər hansısa köç niyyəti güdmür, bununla belə əksər vətəndaşlarımızı bu formada dolandıraraq viza üçün ödədikləri pulları mənimsəyirlər. Bir çox halda isə, adamların bir neçə ay öncə aldığı bilet də batır və buradan da xeyli miqdarda maddi ziyana düşürlər.
Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına xarici gözlə baxdığına görə, həmin ölkələrə qarşı hansısa irad bildirmək istəmir. Məhkəməyə vermək üçün də elə bir mexanizm nəzərdə tutulmayıb. Hansısa Azərbaycan vətəndaşı eyni dələduzluğu hansısa səfirliyə qarşı etsəydi, cəzası dərhal kəsilərdi, ancaq adamlar çox rahatlıqla kütləvi şəkildə Azərbaycan vətəndaşlarını soymaqla, zərərə salmaqla məşğuldurlar. Fikrimcə, bu cür zərərçəkmiş vətəndaşlar onlara qarşı aldadıcı davranışlar sərgiləyən səfirliklərin qarşısında öz etirazlarını bildirmək haqqına sahib olduqlarını unutmamamalıdırlar. Necə deyərlər, tumanı düşən qarını, it də tutdu bir yandan! Bu qədər sıxıntı içində olan insanlarımıza bəzi səfirliklərin də göstərdiyi ədəbsizlik həqiqətən də Azərbaycan vətəndaşı kimi şərəfli bir ada hörmətsizlik kimi qiymətləndirilməli və dövlət qurumları tərəfindən bunun adekvat cavabı verilməlidir.
Bu dəfə isə analoji hadisəylə xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr üzləşib.
Bir qrup gənc İtaliyanın Azərbaycandakı səfirliyindən şikayətçidirlər. Onlar bununla bağlı sosial şəbəkədə kampaniyaya da başlayıblar.
Məlumata görə, tələbələr İtaliyanın müxtəlif universitetlərinə qəbul olub, lakin İtaliya səfirliyi əsassız səbəblərlə visa verməkdən imtina edir, müsahibə etməmiş tələbələrə "reject" verir, zəng edənlərə kobudluq göstərir.
Tələbələr twitterdə #visaproblemitalianembassyofbaku hashtagi açıblar, orada onlarla şikayət paylaşılıb.
Gənclər eyni zamanda bununla bağlı İtaliya Xarici İşlər Nazirliyinə də müraciət ünvanlayıblar.
© Azxəbər
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
1 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
1 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar

























