Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Cari həftənin ilk günündən major valyutalar qarşısında zəifləyən dollarda tendensiyanın necə davam edəcəyinə aydınlıq gətirməyə çalışan investorlar bugün Amerikada açıqlanacaq Orta saatlıq Qazanclar (aylıq, illik), Ümumi İşsizlik Səviyyəsi, Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı (NFP) kimi çox önəmli göstəriciləri yaxından izləyəcəklər.
Bazar iştirakçıları hər ayın ilk həftəsinin cümə günü NFP, işsizlik nisbəti və orta saatlıq qazanc/gəlir məlumatlarına diqqət yetirirlər. Dünyanın ən mühüm iqtisadiyyatı olan ABŞ-ın, həm işçi sayı, həm iş saatları, həm də əmək haqlarındakı aylıq dəyişikliklərini izlədiyimiz bu məlumatlarla məşğulluq və inflyasiya kimi əsas göstəricilərin cari vəziyyətini şərh etmək və eyni zamanda ABŞ Federal Ehtiyyatlar Sisteminin pul-kredit siyasətinə dair mümkün tədbirləri təxmin etmək kritik əhəmiyyət kəsb edir. Həmçinin, bu xəbər axınının aktiv qiymətlərinə olan ani təsirləri də maliyyə bazarlarında əməliyyat aparanların əsas gündəmini təşkil etdiyi üçün bu amil xəbərin əhəmiyyətini daha da artırır. Bu səbəbdən, kritik ABŞ məlumatlarının nəticələrini yaxından araşdırmalıyıq.
Cümə axşamı günü qızılın bir unsiya üçün qiyməti 2834$-a qədər ucuzlaşsa da, buradan “buğalar”-ın dəstəyini alaraq yenidən bahalaşdı. Hazırda 2868$-dan təklif olunan “sarı metal” investorları qiymətləri 2900$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, artım tendensiyası 3000$-a kimi davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)






