Meyvə bağlarının şaxta və digər hadisələrdən sığortası başlayıb
Azərbaycanda meyvə bağlarının şaxtadan və digər risklərdən sığortası mövsümü başlayıb.
Aqrar Sığorta Fondunun məlumatına görə, meyvə bağı olan fermerlər və təsərrüfat sahibləri aqrar sığorta vasitəsilə bağlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.
Aqrar sığorta əkin sahələrini, o cümlədən meyvə bağlarını 30-a yaxın riskdən qoruyur.
Buraya şaxtavurma (donvurma), dolu, doludan keyfiyyət itkisi, fırtına, qasırğa, normadan artıq qar yağıntıları, sel-subasma, vəşhi heyvanların və quşların hücumu, leysan yağaşları və sair aiddir.
Meyvə bağı sahibləri aqrar sığorta vasitəsilə bağdakı meyvələri, ağacları və tingləri sığorta edə bilərlər.
Meyvə bağına bu hadisələr nəticəsində zərər dəydikdə 10%-lik azadolma məbləği çıxılmaqla qalan ziyan fermerə ödənilir.
Fermerlər üçün aqrar sığortanın əsas üstünlüyü sığorta haqqına olan 50%-lik dövlət dəstəyidir. Belə ki, meyvə bağı sığortasında sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə bağlarını sığorta edə bilərlər.
Məsələn, meyvə bağında 1000 manatlıq məhsulu sığortalamaq üçün sığorta haqqı şaftalı-nektarin üzrə 12,8 manatdan, ərik üzrə 11,2 manatdan başlayır.
Gilas və albalı bağında 1000 manatlıq məhsulun sığortalanması üçün fermerin ödədiyi məbləğ 17-18 manatdan, xürmada 11 manatdan, alça və gavalı bağlarında isə 17,6 manatdan başlayır.
Meyvə bağında 1000 manatlıq alma-armudu sığorta etmək fermerə 16,4 manata, heyva bağında 13 manata, hər 1000 manatlıq nar məhsulunun sığortası isə cəmi 8,2 manatdan başlayır.
Naringi-portağal bağlarında 1000 manatlıq meyvənin sığortası 12,9 manatdan, qoz-fındıq bağlarında isə 7-10 manatdan başlayır.
Azərbaycanda meyvə bağlarının sığortası və baş verən hadisələrə görə sığopta ödənişləri sürətlə artmaqdadır. Belə ki, 2024-cü ilin ilkin məlumatlarına görə, ölkə üzrə meyvə bağlarına dəyən zərərlər üzrə təqribən 720 min manat sığorta ödənişi həyata keçirilib və bu məbləğ davamlı olaraq artmaqdadır.
Meyvə bağları, əkin sahələrini, iri və xırdabuynuzlu heyvanlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və Fondun bölgələrdəki filiallarına müraciət etmək kifayətdir.
Məhsul şərtləri, təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatı www.asf.gov.az rəsmi vebsaytından almaq olar.
Fermerlər ödəyəcəkləri sığorta haqqını “Sığorta kalkulyatoru” vasitəsilə özləri də hesablaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)







.jpg)






