Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ prezidenti Donald Trampın çərşənbə axşamından etibarən Kanada, Meksika və Çinə yeni tariflər tətbiq etmək qərarı yeni həftənin ilk ticarət günündə qlobal bazarlarda dolların kəskin bahalaşmasına səbəb oldu.
Dolların bahalaşması fonunda həm valyuta, həm kriptovalyuta, həm də səhm bazarlarında kəskin enişlər yaşandı. Dollar bütün G-10 və inkişaf etməkdə olan bazar valyutaları qarşısında kəskin bahalaşdı. Dollar indeksi (DXY) 109.88 bənd həddini test etdi.
Cari həftənin ilk günü Kanada dolları 2003-cü ildən bəri ən zəif səviyyəsinə düşüb, Meksika pesosu isə dollar qarşısında 3% ucuzlaşıb. EUR/USD məzənnəsi 1.3% ucuzlaşaraq ötən həftəki itkiləri artırıb. Lakin, günün ikinci yarısında Avrozonada İstehlak Qiymətləri İndeksinin proqnozların üzərində açıqlanması fonunda avro dollar qarşısında yenidən bahalaşıb və 1.03500 həddini test edib. Hazırda 1.03150 səviyyəsində qərarlaşan EURUSD məzənnəsində “ayılar” qiyməti 1.02500 həddinin altına qaytara və burada saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
Trampın fevralın 1-də tarifləri imzalayacağını elan etməsindən sonra “Wall Street” indeksləri hələ ötən həftənin cümə günü geriləyib. “S&P 500” 0.5%, “Nasdaq 100” isə 0.14% ucuzlaşıb. ABŞ indeksi fyuçersləri təxminən 2% geriləyib.
Asiya fond bazarları da yeni həftəyə kəskin itkilərlə başlayıb. Yaponiyanın “Nikkei 225” indeksi təxminən 3% ucuzlaşıb. Çində bazarlar Ay Yeni il bayramı ilə əlaqədar həftənin ilk iki günü bağlı olsa da, bugün günə sərt enişlə başlayıb.
ABŞ dollarının bahalaşması təhlükəsiz liman tələbini üstələdiyi üçün ilk həmlədə qızıl qiymətləri ucuzlaşıb. Lakin, gün ərzində yenidən ralli qazanan qiymətli metal 2831$-a yüksələrək növbəti dəfə tarixi maksimumunu yeniləyib. Kriptovalyuta investorları Trampın tariflərinə müxtəlif aktivlərdəki mövqelərini azaltmaqla cavab verdilər. Bu, “Etherin” 27%-ə, XRP-nin isə 11%-ə kimi ucuzlaşmasına səbəb oldu. Buna baxmayaraq, dünən günün ikinci yarısında kriptoaktivlər itkilərinin bir qismini geri qaytara biliblər. Belə ki, ETH 2803$, XRP 2.78$ hədlərinə kimi bahalaşıblar. Bitkoində də “buğalar” qiyməti yenidən 100 min dollar həddinin üzərinə qaytara biliblər.
Tariflərin artırılması qərarı neftin qiymətini dəstəklədi. “West Texas Intermediate” (WTI) 3.7% bahalaşdıqdan sonra, bu qazancların təxminən yarısını geri qaytardı və hazırda onun qiyməti bir barel üçün 73.20$ təşkil edir. Qlobal “benchmark” olan “Brent” neti isə 76$ həddinin üzərində qalıb. Neftin yenidən ucuzlaşmasının əsas səbəbi kimi “OPEC”-in dünən keçirilən toplantısında neft hasilatının tədricən artırılması planına sadiqliyini ifadə etməsi qeyd oluna bilər.
Bugün Bakı vaxtı ilə saat 19:00-da ABŞ-da dərc olunacaq Boş yerləri və vakansiyalar Hesabatı (JOLTS) investorların diqqət mərkəzində olacaq əsas xəbərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)








