Qlobal bazarlarda son vəziyyət
Ötən gün Avropa Mərkəzi Bankının (ECB) faiz qərarı, həmçinin, ABŞ-da, Almaniyada və Avrozonada açıqlanan statistik məlumatlar fonunda dollar gün ərzində major valyutalar qarşısında ilk öncə kəskin şəkildə ucuzlaşdı, sonra isə bahalaşaraq öz mövqelərini bərpa edə bilib.
EUR/USD valyuta cütlüyü əvvəl 1.0390 səviyyəsindən 1.0467 səviyyəsinə qədər bahalaşıb, sonra isə 1.0377 həddinə qədər geriləyib. EURGBP cütlüyü eyni dövr ərzində 0.8390 səviyyəsini test etdikdən sonra yenidən ucuzlaşıb və hazırda 0.8365 ticarət olunur.
Dünən Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcəsini 25 baza bəndi endirdiyini açıqladı. Tənzimləyici qurum yanvar ayında keçirilən iclasın nəticələrinə əsasən, uçot faiz dərəcəsini 3.15% səviyyəsindən 2.90% səviyyəsinə qədər endirilib. ECB-nin açıqlamasına görə, deflyasiya prosesi plan üzrə irəliləyir və inflyasiyanın 2025-ci ildə 2%-lik orta müddətli hədəf səviyyəsinə qayıtması proqnozlaşdırılır.
Avrozonanın ÜDM-i illik ifadədə 0.9% artıb, aylıq ifadədə isə dəyişməyib. Eləcə də, Birliyin İşsizlik Səviyyəsi 6.2%-dən 6.3%-ə qədər artıb. Almaniyada isə ÜDM həm illik, həm də rüblük ifadədə 0.2% azalıb. ABŞ iqtisadiyyatı 2024-cü ilin dördüncü rübündə illik ifadədə 2.3% böyüyüb. Analitiklər göstəricinin 2.7% səviyyəsində dərc olunacağını proqnozlaşdırmışdılar. Bununla yanaşı, dövlət xərclərinin artım tempi üçüncü rübdə qeydə alınan 5.1%-dən dördüncü rübdə 2.5%-ə qədər yavaşlayıb.
Qızılın qiyməti ötən gün tarixi maksimum səviyyəsini yeniləyib. Belə ki, dəyərli metalın spot qiyməti 2799$ səviyyəsinə qədər bahalaşıb. Hazırda qızıl 2795$ səviyyəsində ticarət olunur. Neftin qiyməti isə cümə axşamı günü bahalaşıb. “Brent” markalı neftin bir barrel üçün qiyməti 76.35$ səviyyəsindən bahalaşmağa başlayıb və 77.70$ səviyyəsinə qədər yüksəlib.
Bugün ABŞ-da Şəxsi Xərclərin Qiymət İndeksi və əhalinin xərclərinə dair dərc olunacaq göstəricilər investorların diqqət mərkəzində olacaq. Həmçinin, Almaniyada inflyasiyaya dair məlumatlar və İşsizlik Səviyyəsi göstəricisi bazar iştirakçılarının marağına səbəb olacaq.
Analiz İnvest-Az İnvestisya Şirkətinin analitikləri tərəfindən hazırlanım.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
10 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
7 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
8 saat əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat





.jpg)
.jpg)







.jpg)






