Bu il "Bakı Ağ Şəhər" metro stansiyasının tikintisinə başlanılır
Cəfər Cabbarlı metrostansiyasından Həzi Aslanov metrostansiyasına qısa vaxt ərzində keçmək mümkün olacaqdır.2025-ci ildə Bakı metropoliteninin "Bakı Ağ Şəhər" stansiyasının tikintisinə başlanacaq.
Marja.az xəbər verir ki, bu, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”da göstərilib.
Belə ki, 30 Yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərancam ilə Dövlət Proqramı təsdiqlənib.
Proqramın Tədbirlər Planının metro nəqliyyatı üzrə tədbirlər hissəsində göstərilir ki, görüləcək tədbirlərdən biri də Yaşıl xətt üzrə Y14−Y17 və Bənövşəyi xətt üzrə B4−B8 stansiyaları da daxil olmaqla 10 stansiyanın tikintisidir.
Layihə adı "Y14" olan Ağ Şəhər metrostansiyası Bakı metrosunun Yaşıl xəttində olan stansiyadır. Y-14, Y-15 və Y-16 stansiyalarının inşası başa çatdıqdan sonra Həzi Aslanov-2 metrostansiyası yaxınlığında Y 17 stansiyasının tikintisi sürətləndiriləcəkdir. Bu stansiyadan Həzi Aslanov metrostansiyasına keçid olacaqdır. Layihə sayəsində Cəfər Cabbarlı metrostansiyasından Həzi Aslanov metrostansiyasına qısa vaxt ərzində keçmək mümkün olacaqdır.
Bənövşəyi xətt üzrə B4−B8 stansiyalarının tikintisi Keşlə qəsəbəsinə qədər metro ilə getməyin mümkün olacağı deməkdir. B-4 stansiyası — Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşir.
Konseptual sxemə görə, Bənövşəyi xəttinin B8-ədək olan hissəsi Xocəsəndən başlayaraq, Dənizkənarı Milli Parkı və Xətai metrosu yaxınlığından keçərək Keşlə qəsəbəsinədək uzanır.
İcra müddəti olaraq 2025−2030-cu illə göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















.jpg)




