Peşə məktəblərinin tələbələri maaş da ala biləcəklər - YENİLİK
Azərbaycanda yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsində peşə-ixtisas məktəblərində təhsil alan tələbələrə təqaüd və təcrübə keçdiyi müddətdə maaş verilməsi də nəzərdə tutulub.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi və monitorinq şöbəsinin müdiri Amil Əlili bildirib ki, qanun layihəsinin hazırlanması üçün Milli Məclisin Elm və təhsil komitəsində yaradılan, Təhsil Nazirliyi və digər aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin də təmsil olunduğu işçi qrupu fəaliyyətini artıq yekunlaşdırıb. Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.
A.Əlili bildirib ki, "Peşə təhsili haqqında” qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb: “İndiyədək Azərbaycanda belə bir qanun olmayıb. Yəni peşə təhsilinin tarixində ilk dəfədir ki, qanun layihəsi hazırlanır və onun formalaşdırılmasında həm yerli, həm də beynəlxalq təcrübədən istifadə edilib.Peşə təhsili haqqında qanun layihəsinin hazırlanmasına ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunu artırmaq, əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaq məqsədi ilə həyata keçirilən “Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi çərçivəsində beynəlxalq ekspertlər cəlb olunub və onlarla ilkin müzakirələr təşkil edilib”.
A.Əlilinin sözlərinə görə, peşə təhsili sahəsində bir çox təcrübəni araşdıran İşçi Qrup bu qənaətə gəlib ki, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da peşə təhsili dövlət, özəl, bələdiyyə mülkiyyəti formasında inkişaf edir və bu variant məqbul hesab olunub.
Qanun layihəsində “Təhsil haqqında” Qanunda əks olunan məsələlər - peşə təhsili müəssisələrinə qəbul qaydaları, yaş həddi, idarəetmə, işəgötürənlərlə əməkdaşlıq yer alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)








