“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən həftə ABŞ-da inflyasiyaya dair göstəricilərin dərc olunması fonunda dollar major valyutalar qarşısında, xüsusilə də, yapon yeni qarşısında ucuzlaşdı. Belə ki, USD/JPY valyuta cütlüyü həftə ərzində 158.200 səviyyəsindən 154.970 səviyyəsinə qədər ucuzlaşıb. EUR/USD cütlüyünün isə 1 sent bahalaşdığının şahidi oluruq. Dolların bir qədər zəifləməsi fonunda qızıl “güvənli liman” maliyyə aləti kimi dəyər qazandı və 2700$-ın üzərinə qalxaraq, 2724$ səviyyəsinə qədər bahalaşdı.
Cümə günü Bayden administrasiyası Rusiya neft istehsalçıları və tankerlərinə qarşı daha geniş sanksiyalar elan edib. Analitiklərin fikrincə, ABŞ-nın Rusiya neft istehsalçılarına və tankerlərinə tətbiq etdiyi sanksiyalara görə, tədarüklə bağlı narahatlıqlar və ABŞ-nın mümkün faiz dərəcəsinin aşağı salınması ilə tələbin bərpası proqnozları xam neft bazarını dəstəkləyəcək. Ötən həftə həmçinin, Dollar indeksi (DXY) 0.24% itirərək 109.08 bənd təşkil edib.
Bu gün investorlar ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimini maraqla izləyəcəklər. Cari ticarət həftəsində isə cümə günü ABŞ-da dərc olunacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və Yaponiyada açıqlanacaq faiz qərarı investorların diqqət mərkəzində olacaq.
EUR
Ötən həftəyə 1.0240$ səviyyəsində start verən EURUSD məzənnəsi həftə ərzində 1.0178 səviyyəsinə qədər ucuzlaşsa da, buradan dəstək alaraq bir qədər bahalaşdı və həftəlik şamını 1.0275 səviyyəsində tamamladı.
Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İstehsal Qiymətləri İndeksi və Biznes Aktivliyi İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə təsir göstərə bilər.
“Ayılar” qiyməti təzyiq altında saxalamağa davam edərsə, eniş tendensiyası davam edə bilər.
GBP
Keçən həftəyə 1.2204 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində ilk öncə 1.2098 səviyyəsinə kimi ucuzlaşdı, sonra isə 1.2306 səviyyəsini qədər bahalaşdı. Nəticədə cütlük həftəni 1.2165$ səviyyəsində tamamladı.
Bu həftə isə İngiltərədə dərc olunacaq İşsizlik Səviyyəsi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.
GBP/USD məzənnəsi “ayılar”-ın təsiri ilə yenidən 1.22$ həddinin altına düşüb. Əgər, qiymət həmin həddin altında qalarsa, eniş tendensiyası davam edə bilər.
XAU/USD
Major valyutaların kəskin ucuzlaşması fonunda, investorların “güvənli liman” olaraq sığındıqları qızıl ötən həftə 2724$-a kimi bahalaşdı. Daha sonra bu səviyyədə “ayılar”-ın müqaviməti ilə üzləşən dəyərli metal 2690$-a kimi ucuzlaşdı. Hazırda 2709$-dan təklif olunan qızılda “buğalar”-ın qarşısında duran əsas müqavimət həddləri kimi, 2715$, 2730$ və 2743$ səviyyələri çıxış edir.
OİL
Rusiyaya qarşı daha geniş sanksiyaların tətbiq olunması fonunda “Brent” markalı neftin bir barrel üçün qiyməti 80$ həddinin üzərinə qalmaqda davam edir. Ötən həftə 82.80$ səviyyəsinə qədər yüksələn OLİUK, cari həftəyə 81.40$ həddində başladı. Cari həftə ərzində “Brent” neftinin bahalaşması üçün qarşıda duran əsas müqavimət həddləri kimi, 81.75$, 82.80$ və 83.70$ səviyyələri çıxış edir.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
34 d. əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
2 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək














.jpg)






