Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftə ABŞ-da inflyasiyaya dair göstəricilərin dərc olunması fonunda dollar major valyutalar qarşısında, xüsusilə də, yapon yeni qarşısında ucuzlaşdı. Belə ki, USD/JPY valyuta cütlüyü həftə ərzində 158.200 səviyyəsindən 154.970 səviyyəsinə qədər ucuzlaşıb. EUR/USD cütlüyünün isə 1 sent bahalaşdığının şahidi oluruq. Dollar bir qədər zəifləməsi fonunda qızıl “güvənli liman” maliyyə aləti kimi dəyər qazandı və 2700$-ın üzərinə qalxaraq, 2724$ səviyyəsinə qədər bahalaşdı.
Cümə günü Bayden administrasiyası Rusiya neft istehsalçıları və tankerlərinə qarşı daha geniş sanksiyalar elan edib. Analitiklərin fikrincə, ABŞ-ın Rusiya neft istehsalçılarına və tankerlərinə tətbiq etdiyi sanksiyalara görə tədarüklə bağlı narahatlıqlar və ABŞ-ın mümkün faiz dərəcəsinin aşağı salınması ilə tələbin bərpası proqnozları xam neft bazarını dəstəkləyəcək. Dollar indeksi (DXY) 0.24% itirərək 109.08 bənd təşkil edib.
Bu gün investorlar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimini maraqla izləyəcəklər. Cari ticarət həftəsində isə cümə günü ABŞ-da dərc olunacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və Yaponiyada açıqlanacaq faiz qərarı investorların diqqət mərkəzində olacaq.
EUR
Ötən həftəyə 1.0240$ səviyyəsində start verən EUR/USD məzənnəsi həftə ərzində 1.0178 səviyyəsinə qədər ucuzlaşsa da, burada bahalaşdı və həftəlik şamını 1.0275 səviyyəsində tamamladı.
Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İstehsal Qiymətləri İndeksi və Biznes Aktivliyi İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə təsir göstərə bilər.
“Ayılar” qiyməti təzyiq altında saxalamağa davam edərsə, eniş tendensiyası davam edə bilər.
GBP
Keçən həftəyə 1.2204 səviyyəsində başlayan GBP/USD məzənnəsi həftə ərzində ilk öncə 1.2098 səviyyəsinə kimi ucuzlaşdı, sonra isə 1.2306 səviyyəsini qədər bahalaşdı. Nəticədə cütlük həftəni 1.2165$ səviyyəsində tamamladı.
Bu həftə isə İngiltərədə dərc olunacaq İşsizlik Səviyyəsi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.
GBP/USD məzənnəsi “ayılar”-ın təsiri ilə yenidən 1.22$ həddinin altına düşüb, həmin həddin altında qalarsa, eniş tendensiyası davam edə bilər.
XAU/USD
Major valyutaların kəskin ucuzlaşması fonunda, investorların “güvənli liman” olaraq sığındıqları qızıl ötən həftə 2724$-a kimi bahalaşdı. Daha sonra bu səviyyədə “ayılar”ın müqaviməti ilə üzləşən dəyərli metal 2690$-a kimi ucuzlaşdı. Hazırda 2709$-dan təklif olunan qızılda “buğalar”-ın qarşısında duran əsas müqavimət həddləri kimi, 2715$, 2730$ və 2743$ hədləri çıxış edir.
OİL
Rusiyaya qarşı daha geniş sanksiyaların tətbiq olunması fonunda “Brent” markalı neftin bir barrel üçün qiyməti 80$ həddinin üzərinə qalmaqda davam edir. Ötən həftə 82.80$ səviyyəsinə qədər yüksələn OLİ/UK, cari həftəyə 81.40$ həddində başladı. Cari həftə ərzində “Brent” neftinin bahalaşması üçün qarşıda duran əsas müqavimət hədləri kimi, 81.75$, 82.80$ və 83.70$ hədləri çıxış edir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 13 saat sonra
-
8 d. əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
40 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 40 d. əvvəl
-
1 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 4 saat əvvəl
-
6 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi





















