Azərbaycanda "yaşıl" enerji istehsalı 2 dəfəyə yaxın artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2024-cü ilin 12 ayı üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən ötən il respublikada elektrik enerjisinin istehsalı 28 394,1 mln. kVt·st olub.
12 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 24 543,2 mln. kVt·st, SES-lərdə 3 011,0 mln. kVt·st, digər mənbələr üzrə isə 839,9 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 51,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 556,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Beləliklə, 2024-cü il ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 2023-cü ilə nisbətən 1 728,7 mln. kVt·st artaraq 3 850,9 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 138,6 mln. kVt·st (İES-lərdə 22 322,9 mln. kVt·st, SES-lərdə 2 815,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 490,4 mln. kVt·st (İES-lərdə 253,4 mln. kVt·st, SES-lərdə 176,2 mln. kVt·st, GES-də 60,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 38,5 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 726,6 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 1 397,5 mln. kVt·st, idxalı isə 170,5 mln. kVt·st olub.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 466,4 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 142,3 mln. kVt·st, idxalı isə 10,6 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






