Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladı
Aktivlərinin həcminə görə ölkəmizdə ən böyük bank olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2024-cü il (yanvar-dekabr) üzrə maliyyə göstəricilərini açıqlayıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az Banka istinadən xəbər verir ki, ABB-nin əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü illə müqayisədə 2024-cü ildə 232 milyon 595 min manat və ya 22,8% artaraq 1 milyard 254 milyon 380 min manat təşkil edib. Bank 2023-cü ildə 1 milyard 21 milyon 785 min manat əməliyyat gəlirləri əldə etmişdi.
ABB-nin əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2023-cü illə müqayisədə 2024-cü ildə 240 milyon 164 min manat və ya 45,3% artaraq 770 milyon 645 min manat təşkil edib. 2023-cü ildə ABB-nin əməliyyat xərcləri 530 milyon 481 min manat təşkil etmişdi. 2023-cü illə müqayisədə 2024-cü il ərzində xərclərin artmasına əsasən kreditlər üzrə ehtiyat xərcləri, cəlb olunmuş depozitlər üzrə faiz xərcləri və kart əməliyyatlarının artması nəticəsində komissiya xərcləri ilə bağlıdır.
ABB 2024-cü ildəki 479 milyon 037 min manatlıq əməliyyat mənfəətindən 110 milyon 651 min manat “Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar” üzrə ayırıb. Bank 368 milyon 386 min manat vergidənöncəki mənfəətindən 74 milyon 653 min manat mənfəət vergisi hesablayıb və ötən ili 293 milyon 732 min manat xalis mənfəətlə başa vurub.
Beləliklə, ötən il gəlirlərin artması müqabilində - faiz, ehtiyatlara ayrıma və digər xərclərin daha çox artması ilə əlaqədar olaraq ABB-nin xalis mənfəəti düşüb.
BANK KREDİT PORTFELİNİ BÖYÜDÜB
ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü illə müqayisədə 2024-cü ildə 1 milyard 302 milyon 29 min manat və ya 25,8% artaraq 6 milyard 350 milyon 801 min manata çatıb. O cümlədən, ABB-nin biznes kreditləri portfeli 604 milyon 631 min manat və ya 24,1% artaraq 3 milyard 109 milyon 246 min manata yüksəlib.
Ötən il ABB-nin qiymətli kağızlara investisiyaları 1 milyard 249 milyon 118 min manat və ya 54,7% artaraq 3 milyard 533 milyon 970 min manata çatıb.
BANKIN İNVESTİSİYA PORTFELİNDƏ ARTIM MÖVCÜDDUR
ABB-nin investisiya portfeli (ticarət və qiymətli kağızlar portfeli) 2023-cü illə müqayisədə 2024-cü ildə 1 milyard 248 milyon 118 min manat və ya 54,6% artaraq 3 milyard 533 milyon 970 min manata çatıb.
ƏHALİNİN BANKDAKI ƏMANƏTLƏRİNDƏ BÖYÜK ARTIM
Ötən il ABB-nin cəmi depozit portfeli 610 milyon 357 min manat və ya 6,5% artaraq 10 milyard 6 milyon 543 min manata yüksəlib. O cümlədən, Bankda fiziki şəxslərin depozitləri 592 milyon 204 min manat artaraq 2 milyard 746 milyon 398 min manat, hüquqi şəxslərin depozitləri isə 18 milyon 152 min manat artaraq 7 milyard 260 milyon 145 min manat təşkil edib.
MƏCMU KAPİTALI 1,7 MİLYARDA MANATDAN ÇOX TƏŞKİL EDİR
31 dekabr 2024-cü il tarixində ABB 1 milyard 743 milyon 760 min manat məcmu kapitala malik olub. İlin sonuna ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 16.92%, məcmu kapitalının adekvatlıq əmsalı 20.19% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün 6% və 12%) yüksək qalmaqdadır.
Həmçinin qeyd edək ki, ABB-nin səhmlərinin ilkin kütləvi təklif (IPO) üsulu ilə yerləşdirilməsi tamamlandıqdan sonra Bankın nizamnamə kapitalının məbləği 55.6 milyon artırılaraq 1 milyard 281 milyon 271 min manat təşkil edib.
31 dekabr 2024-cü il tarixində ABB 1 milyard 743 milyon 760 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 6 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"
-
1 saat əvvəl
"Əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək"
-
1 saat əvvəl
İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimə qatılıb və çıxış edib - YENİLƏNİB
-
1 saat əvvəl
Toyota 2026-cı ildə 10 milyondan çox avtomobil istehsal etməyi planlaşdırır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək"
İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimə qatılıb və çıxış edib - YENİLƏNİB
Ən çox oxunanlar
Azercell “Kinon” tətbiqinin funksionallığını genişləndirir
Dekabrın 27-də gözlənilən hava şəraiti
Şərurlu İsfəndiyarla bağlı qərar verilib
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir

















