Azərbaycanda elektron satınalmaların həcmi 3 dəfə artıb
Dövlət Xidməti elektron satınalmaların həcmini açıqladı - 3,5 MİLYARD MANATAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı:
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, ölkədə dövlət satınalmaları sisteminin məxfi satınalmalar istisna olmaqla elektronlaşdırılması nəticəsində cari ilin yanvar-noyabr aylarında rəqabətlilik və hesabatlılığın artırılması istiqamətində müsbət nəticələr əldə olunub.
Hesabat dövrü ərzində elektron satınalmaların həcmi 3 milyard 511,2 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü (1 milyard 267,3 milyon manat) ilə müqayisədə 3 dəfəyədək artım qeydə alınıb.
Cari il ərzində elektron satınalmalarda qənaət edilən dövlət vəsaitlərinin məbləği 559,7 milyon manat təşkil edib. Qeyd edilib ki, bu nəticələr dövlət vəsaitlərindən səmərəli istifadə ilə izafi xərclərə yol verilməməsi və maliyyə intizamının gücləndirilməsi hesabına əldə olunub.
Dövlət satınalmalarında nəzarət tədbirlərinin gücləndirilməsi, əlçatanlığın təmin edilməsi və bürokratik əngəllərin aradan qaldırılması ilə bazar subyektlərinin iştirak səviyyəsinin yüksəlməsinə nail olunub. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında dövlət satınalmalarında yekunlaşmış müsabiqələr üzrə orta iştirakçı sayı 6,5 təşkil edib.
Dövlət Xidməti müsabiqə və aşkarlıq əsasında bütün sahibkarların bərabər şərtlərlə dövlət satınalmalarında iştirakını hədəfləyən tənzimləyici tədbirlərini cari il ərzində də davam etdirib. Satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar Dövlət Xidmətinə daxil olan 1270 müraciətə baxılıb. Hesabat dövründə keçirilmiş müsabiqələrin nəticələri barədə 13 477 yekun protokol təhlil olunub. Nəticədə, müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1790 yekun protokol (13,3%) Dövlət Xidməti tərəfindən ləğv edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)







