Rusiya Mərkəzi Bankı faiz qərarını açıqladı
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyərək 21% səviyyəsində saxladı. Qərar əksər analitiklər üçün sürpriz oldu.Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb.
Marja.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini dəyişməyərək 21% səviyyəsində saxlayıb.
Marja.az xəbər verir ki, bazarlarda Rusiya Mərkəzi Bankının əsas faizini 2 bənd artıraraq 21%-dən 23%-ə yüksəldəcəyi gözlənilirdi.
İnflyasiyanın proqnoz trayektoriyasından kənara çıxması və əhalinin inflyasiya gözləntilərinin artması Rusiya Mərkəzi Bankının faiz artıracağı ehtimalını gücləndirmişdi.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı oktyabrın 25-də keçirilən əvvəlki iclasda faiz dərəcəsini 21%-ə qaldırıb.
Rusiya Mərkəzi Bankı növbəti iclasında əsas faiz dərəcəsinin artırılmasının mümkünlüyünü qiymətləndirəcək.
“20 dekabr 2024-cü il tarixində Rusiya Mərkəzi Bankının İdarə Heyəti əsas faiz dərəcəsini illik 21% səviyyəsində saxlamağa qərar verdi. Buna pul siyasətindən asılı olmayan amillər kömək edib. Rusiya Mərkəzi Bankı növbəti iclasda əsas faiz dərəcəsinin artırılmasının məqsədəuyğunluğunu qiymətləndirəcək”.
Tənzimləyici vurğulayıb ki, “son borcalanlar üçün faiz dərəcələrinin əhəmiyyətli dərəcədə artması və kreditləşmə fəaliyyətinin soyuması dezinflyasiya prosesinin bərpası və inflyasiyanın hədəfə qaytarılması üçün zəruri ilkin şərait yaradır”.
Mərkəzi Bankın məlumatına görə, illik inflyasiya 2026-cı ildə 4%-ə düşəcək və bundan sonra da hədəfdə qalacaq.
Moskva birjasının məlumatlarına görə, rubl Mərkəzi Bankın əsas faiz dərəcəsini illik 21% səviyyəsində saxlamaq qərarına reaksiya verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)





