Alış aktı üzrə dələduzluğa son - QAYDA DƏYİŞDİ
"Süni şəkildə vətəndaşların adından alış aktı tərtib edib, onlar üçün vergi yükü yaradırdılar. Yeni dəyişikliyə əsasən, vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir".İdeovate Consulting audit şirkətinin direktor-auditoru, Nailə Namazova "alış aktı üzrə dələduzluq" haqqında maraqlı məqamlara toxunub.
Müsahibimiz Nailə Namazova belə qeyd edir:
"Bildiyimiz kimi, Vergi Məcəlləsinin 16.1.11-10 maddəsinə istinadən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək lazımdır.
Həmçinin Vergi Məcəlləsinin müvafiq maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Nağdsız Hesablaşma Haqqında Qanunun Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən yalnız 3.5 ci maddəsində yer alan malları nağd qaydada satın ala bilər.
Vergi ödəyicisi Nağdsız Hesablaşma Haqqında qanunun tələblərini gözləməlidir. Digər tərəfdən Vergi Məcəlləsinin xüsusi maddələrini nəzərə almaqla elektron alış aktıyla alınan malın satışı həyata keçirilən zaman VM-nin 14.6.5 ci maddəsinin müddəaları gözlənilməklə satılan malın maya dəyəri xərc kimi tanınmalıdır və ya Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən Şərti Rentabellik Norması tətbiq edilməlidir.
“Bəs dələduzluq necə baş verə bilir?” sualımıza cavab olaraq Nailə xanım bildirir ki:
"Hal-hazırda alış aktı vasitəsilə dələduzluq edənlər də mövcuddur. Onlar süni şəkildə vətəndaşların adından alış aktı hazırlayırlar. Və beləliklə vətəndaş üçün süni vergi yükü yaranır".
“Bəs bunun qarşısını necə almaq olar?” sualına cavab olaraq isə o bildirdi ki, Nazirlər Kabinetinin 20 noyabr 2024-cü il tarixli qərarına əsasən “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilib.
"Dəyişiklikdən öncə vergi ödəyicisi vətəndaşdan mal aldıqda vergi sistemində “elektron alış aktı” tərtib etdikdən sonra gücləndirilmiş elektron imza ilə təsdiq edirdi. Nazirlər Kabinetinin yeni qərarı ilə vergi ödəyicisi ilə yanaşı mal təqdim edən vətəndaşın elektron alış aktını təsdiq etməyə ehtiyac olacaq. Yeni dəyişikliyə əsasən, Qaydaların 2.1-ci bəndin ikinci cümləsində “və” sözü “, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra” sözləri ilə əvəz edilib. Beləliklə, Qaydaların 2.1-ci bəndinə əsasən, vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir.
Misal. Vergi ödəyicisi vergi ödəyicisi olmayan vətəndaşdan 300 manatlıq mal alır. Bu zaman vergi ödəyicisi vergi sistemində sənədi hazırlayacaq. Vergi ödəyicisi elektron alış aktı sənədini hazırlandıqdan sonra təsdiq üçün vətəndaşa göndəriləcək. Bu zaman malları təqdim edən vətəndaşın öz adına qeydiyyatda olan mobil nömrə olması mütləq tələbdir. Vətəndaş öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS-i təsdiq etdikdən sonra vergi ödəyicisinə elektron imza ilə təsdiq imkanı yaradılacaq"
Bildiyimiz kimi, 2025-ci ildə Vergi Məcəlləsində bir sıra mühim dəyişikliklər olacaq. Bu dəyişikliklərdən xəbərsiz olan və uçotu düzgün qurulmayan sahibkarlar, cərimələnə bilərlər. Bu halın qarşısını almaq üçün işinizi peşəkarlara əmanət edin. Biz maliyyə uçotunun düzgün qurulması haqqında sizə konsultasiya təqdim edirik. Konsultasiyadan yararlanmaq üçün bizə müraciət edin!
ƏLAQƏ:
+994 10 252 06 51
H.Əliyev pr. 187.C BMS plaza 14-cü mərtəbə
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

















.jpg)





