Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı günü ABŞ-da statistik məlumatların proqnozların altında dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər ucuzlaşdı. EUR/USD valyuta cütlüyü ötən gün ərzində 1.0523 səviyyəsindən 1.0609 səviyyəsinə qədər bahalaşıb. GBP/USD cütlüyü isə eyni dövr ərzində 1.2612 həddindən 1.2695 həddinə qədər artım göstərib.
Bugün səhər saatlarında Yaponiyada açıqlanan göstəricilər fonunda USDJPY valyuta cütlüyü isə dünən 153.270 həddindən başlayan artım tendensiyasını davam etdirib. Belə ki, məzənnə hal-hazırda 155.050 səviyyəsində qərarlaşıb. Verilən məlumatlara əsasən, oktyabr ayında Yaponiyanın Ticarət Saldosunun kəsiri 294.1 milyard yendən 461.2 milyard yenə qədər artıb, İxrac həcmi isə 3.1% artıb.
Qızılın beynəlxalq birjalarda qiyməti artmaqda davam edir. Belə ki, dəyərli metal artıq 2635$ səviyyəsinin üzərindədir. “Brent” markalı neftin qiyməti isə Amerikanın Neft İnstitutunun Neft Ehtiyatlarına dair açıqladığı proqnoz fonunda 73.4$-a qədər uuzlaşıb.
Dünən Avropa İttifaqının Statistika İdarəsinin təqdim etdiyi yekun məlumatlara əsasən, Avrozonada sentyabr ayı ilə müqayisədə oktyabr ayında istehlak qiymətləri illik ifadədə 2.0%, aylıq ifadədə isə 0.3% artıb. Dərc olunmuş hər iki göstərici analitiklərin proqnozları ilə üst-üstə düşdü. ABŞ-da isə Tikinti Üzrə İcazələrin Sayı 1.416 milyona qədər azalıb, Tikintisinə Başlanılan Evlərin sayı isə 3.1% azalaraq 1.311 milyona çatıb.
Bugün Bakı vaxtı ilə saat 11:00-da Böyük Britaniyada açıqlanacaq inflyasiyaya dair göstəricilər investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, Almaniyada dərc olunacaq İstehsal Qiymətləri İndeksi (PPI) bazar iştirakçıları tərəfindən maraqla gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)






