143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlətə dəymiş ziyanla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilən sorğunun cavabı elan edilib.
Cavabda bildirilib ki, dövlətə dəymiş ziyandan ümumilikdə 38.664.048 manat pul vəsaiti olaraq ödənilib. Ödənilən məbləğin 12.203.194 manatı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, 101,532 manatını Vüsal Əlizadə, 110 min manatını isə Cəlal Kazımov ödəyib. Bundan başqa, iş üzrə bütün təqdirləndirilən şəxslərin əmlaklarına ziyanın ödənilməsinə yönəldilməsi üçün həbs qoyulub.
Vüsal Əlizadənin vəkili bildirib ki, məhkəməyə vəsatəti əsasında müdafiə etdiyi şəxsin digər mənzilinin üzərindən həbs götürülüb, mənzilin satışı qısa zamanda həyata keçirildikdən sonra məbləğ dövlət büdcəsinə ödəniləcək.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə isə bildirib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin mühasibi işləmiş Akif Umudov müdafiə etdiyi şəxsin adından 210 min manat ödəniş edib. Məhkəmə zamanı verdiyi ifadəsində də bunu elan edib. Lakin həmin məbləğ dəymiş ziyanın siyahısında göstərilməyib. O, ödənilən məbləğin ziyana əlavə edilməsini istəyib.
Dövlət ittihamçısı əmlakların tam satılıb bitməsini gözləməyi və sonra məhkəmə istintaqının yekunlaşmasını təklif edib.
Məhkəmə vəsatəti rədd edib və məhkəmə istintaqının yekunkaşdığı elan olunub.
Proses noyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
3 d. əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 9 d. əvvəl
-
17 d. əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
-
2 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
2 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
3 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Ən çox oxunanlar
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR





















