Türkiyə 2024-cü ilin 9 ayında 49 milyon nəfərdən çox turist qəbul edib
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyəyə səfər edənlərin ümumi sayı 8,74 faiz artaraq 49 milyon 181 nəfərə çatıb.
Marja.az xəbər verir ki, məlumatlara görə; 2024-cü ilin ilk 9 ayında (yanvar-sentyabr) Türkiyəyə gələn xaricdə yaşayan vətəndaş ziyarətçilərinin sayı 2023-cü ilin 9 ayı ilə müqayisədə 21,7 faiz artaraq 7 milyon 322 minə çatıb.
2024-cü ilin sentyabr ayında Türkiyəni ziyarət edən əcnəbilərin sayı əvvəlki ilin eyni ayına görə 4,64 faiz artaraq 6 milyon 54 minə çatıb.
Yanvar-sentyabr aylarında Türkiyəyə gələn xarici ziyarətçilərin ən çox sərhəd qapılarının olduğu ilk 5 şəhər İstanbul, Antalya, Edirne, Muğla və İzmir olaraq açıqlanıb.
Rusiya 2024-cü ilin sentyabr ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında 1-ci yerədir.
Birinci yerdə 15,24 faiz (922 min 792) ilə Rusiya, ikinci yerdə 12,75 faiz (772 min 162) ilə Almaniya, üçüncü yerdə isə 9,53 faiz (576 min 969) ilə İngiltərə (Birləşmiş Krallıq) qərarlaşıb. Növəti yerləri İran və Bolqarıstan tutub.
2024-cü ilin 9 ayda ziyarətçi sayına görə Rusiya Federasiyası 5,5 milyon ilə birinci, Almaniya 5,2 milyon ilə ikinci, Böyük Britaniya isə 3,7 milyon ilə üçüncü olub.
Türkiyə 2024-cü ilin sonu üçün xarici turist sayı hədəfini 61 milyona yüksəldib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
9 d. əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 50 d. əvvəl
-
54 d. əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar



























