"Aksiz vergisi 4,8 manat olan araq 1-3 manata satılır"
Azərbaycanda 1-3 manata araq satılır, halbuki bu məhsul üçün aksiz vergisi 4,8 manatdır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında - "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsində bildirib.
"Bir sıra ölkələrdə ucuz mala şübhə ilə yanaşmaq ənənəsi formalaşıb. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması bu bazara müdaxilə deyil. Burada dövlət qiymət müəyyənləşdirmir, daha dəqiq desək, bazar qiymətlərinə müdaxilə etmir. Nəzarətedici orqan istehsalçının xərclərinə baxmaqla müəyyən edir ki, məhsulun maya dəyəri neçə manat olmalıdır. Minimum qiymət dövlətə ödənilməli olan aksiz vergisinin də daxil olduğu qiymətdir. Bazarda 1-3 manata araq satılması göstərir ki, vergidən yayınma halı var”, - deyə o qeyd edib.
Qeyd edək ki, Milli Məclis Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı dəyişikliyi ilk oxunuşda təsdiqləyib. Bununla bağlı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)





